2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Xədicə İsmayılovanın məhkəməsi təxirə salınıb

Binəqədi Rayon Məhkəməsi jurnalist Xədicə İsmayılovanın ölkədən çıxışına qadağanın götürülməsi ilə bağlı müraciətinə baxışı oktyabrın 10-dək təxirə salıb. Bu barədə X.İsmayılova özü bildirib.

“Mən baxışın təxirə salınmasına etiraz etdim. Lakin hakim prokurorun və məhkəmə icraçısının məhkəməyə gəlməməsini əsas gətirərək prosesi təxirə saldı”, – jurnalist qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

X.İsmayılova ölkədən çıxışa qadağanın götürülməsi ilə bağlı sentyabrın 22-də Bakının Binəqədi Rayon Məhkəməsinə müraciət edib.

“Stokholm İqtisadiyyat Məktəbinin Riqa filialından araşdırma jurnalistikasından noyabr-dekabr aylarında 23 gün dərs demək üçün təklif almışam. Bu məqsədlə müvəqqəti olaraq ölkəni tərk etmək və ya ölkəni tərk etməklə bağlı məhkəmə qərarına xitam verilməsi üçün müraciət etmişəm. Məhkəmə qərarına bütövlükdə xitam verilsə belə ölkəni daimi tərk etmək fikrim yoxdur”, – o qeyd edib.

İsmayılova bu ilin avqustunda da ölkədən çıxışına qadağanın müvəqqəti götürülməməsi ilə bağlı Binəqədi Rayon Məhkəməsinə müraciət edib və müraciəti təmin edilməyib. Sonra jurnalist Binəqədi Rayon Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət verib və şikayəti təmin edilməyib.

2014-cü il dekabrın 5-də həbs olunan X.İsmayılova 7 il 6 ay azadlıqdan məhrum edilib. Ancaq o, ittihamları qəbul etməyib, korrupsiya araşdırmalarına görə həbs olunduğunu bildirib.

Jurnalist 2016-cı il mayın 25-də Ali Məhkəmənin qərarı və ona 3 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzası kəsilməklə sərbəst buraxılıb.

“Turan”

 

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button