2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Xələf Xələfov daha yüksək vəzifəyə təyin olundu

Sabiq nazir müavini Nazirlər Kabinetinə Aparat rəhbəri təyin olunub

Xarici işlər nazirinin müavini vəzifəsindən azad edilən Xələf Xələfov yeni vəzifəyə təyinat alıb. 24saat.org xəbər verir ki, modern.az-ın əldə etdiyi məlumata görə, Xələf Xələfov Nazirlər Kabinetində Aparat rəhbəri vəzifəsində çalışacaq.

Məlumata görə, bu barədə Baş Nazir Novruz Məmmədov əmr verib.

Qeyd edək ki, X.Xələfov bu gün Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib.
Xələf Xələfov 1 iyul 1997-ci ildə Azərbaycan Xarici İşlər Nazirinin müavini təyin edilmişdi

Saytların yığılması Saytlarin yigilmasi

O, 1959-cu ilin sentyabrın 21-də Ermənistanda anadan olub. 1977-1982-ci illərdə Kiyev Dövlət Universitetini bitirib, 1983-1990-cı illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində inspektor – bölmə rəisi olub.

1990-1991-ci illərdə SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında təhsil almışdır.

1991-1992-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin konsulluq idarəsinin 2-ci katibi vəzifəsində çalışıb. 1992-1997-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin Müqavilə-Hüquq idarəsinin rəisi olub.

Xatırladaq ki, bir müddət əvvəl Nazirlər Kabineti Aparatının rəhbəri  Ağabala Hacıyev penisiya yaşına çatması ilə əlaqədar öz ərizəsi ilə tutduğu vəzifəsindən azad edilib. Bu vəzifəyə hələlik təyinat olmayıb.

Ağabala Hacıyev 1991-1994–cü illərdə Nazirlər Kabinetinin İşlər İdarəsinin müdafiə və müdafiə sənayesi şöbəsinin müdiri, 1994-cü ilin oktyabr ayından Azərbaycan Prezidentinin sərəncamı ilə Nazirlər Kabinetinin İşlər müdiri vəzifəsinə təyin edilib.

2003-cü ilin sentyabrından indiyə kimi Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsində çalışıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button