2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Xəstəlikdən əziyyət çəkən aktyor: “10 gündən sonra yenidən müayinəyə gedəcəm”

Böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhim Rəhimovun son vəziyyəti ilə bağlı 10 gündən sonra qəti qərar veriləcək.

Bu barədə “Report”a məlumat verən aktyor hələlik müalicəsinin davam etdiyini bildirib.
O deyib ki, hazırda müalicəm davam edir. Hər gün sistem vurulur. 10 gündən sonra növbəti həkim müayinəsi olacaq: “Ümid edirəm ki, həkim müayinəsi zamanı kreatinin səviyyəsi qalmayacaq. Həkimlərin sözlərinə görə, son anadək öz böyrəklərinin fəaliyyətini saxlamaq istəyirik. Əməliyyatın vaxtı hələ dəqiqləşməyib. Hər iki böyrəyin dəyişdirilməsi ağır və maddi baxımdan çətin prosesdir. Bütün qohumlarım səfərbər olub. Donor yaxın qohumlar arasında axtarılır. Hələlik, böyrəyi mənə uyğun gələn adam yoxdur.”

Xatırladaq ki, Kukla Teatrının aktyoru Rəhim Rəhimov böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkir. Aktyorun hər iki böyrəyinin fəaliyyətini günü-gündən zəifləyir.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button