2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Xəstəliyinizi internetdə axtarsanız xərçəng tapacaqsınız

“Metro” qəzeti məsləhət görür ki, özünüzü pis hiss etdiyiniz vaxtlarda vəziyyətinizin səbəbini Google-da axtarmayın.

Elə ki, axtarışa başladınız, internetdə sizin halınıza bənzər çox sayda simptomlar tapacaqsınız. Girdiyiniz tibb saytlarından çıxmaq sizin üçün çox çətin olacaq.

Məqalədə deyilir ki, özünüzə internetdə diaqnoz qoymaq cəhdlərinizin nəticəsi pis ola bilər. Daha doğrusu, böyük bir ehtimalla tapdığınız məlumat sizin reallıqdakı vəziyyətinizdən qat-qat bədbin olacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bu yaxınlarda Britaniya tibb cəmiyyətlərindən birinin apardığı araşdırma göstərib ki, öz xəstəliklərini internetdə axtaranların təxminən yarısı xərçəng “nəticəsini” əldə edir.

Məsələn, adi qəbz barədə axtarışların yarısı xərçəng xəstəliyi nəticəsini verir. Amma əslində bütün bu insanlarda xərçəngin olması mümkün deyil. Bu da deyilməlidir ki, internet axtarışının özü mümkün olan ən pis nəticələrlə başa çatmağa meyllidir.

Məqalədə deyilir ki, internetdə müxtəlif simptomlara malik minlərlə xəstəliyin təsviri verilib. Lakin əksər simptomlar xərçənglə əlaqədar olmaya da bilər. Sadəcə, insan təbiəti belədir ki, o özü üçün çox dəhşətli nəticələr əldə edir.

Burası da var ki, xəstəlik simptomlarını internetdə axtaranların 34 faizi məhz xərçəngdən narahat olanlardır. Bəzi təxminlərə görə, internetdə “xərçəng” sözünün axtarışı hər 1, 7 saniyədən bir aparılır.

Həkimlər sağlamlığınızda problem yaranarkən Google-a baş vurmaqdansa, poliklinikaya baş çəkməyi məsləhət görürlər.
azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button