2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

“Xəzər Dəniz Gəmiçilik” QSC vətəndaşı çaş-baş salıb

Rəisin işə qəbulla bağlı göstərişi havadan asılı qalıb

Sumqayıt şəhər sakini Fariz Həsənov saytımıza müraciətində “Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində işə düzəlmək üçün bu qurumun rəhbəri Rauf Vəliyevə müraciət etdiyindən, R.Vəliyevin bununla bağlı qurumun kadrlar idarəsinin rəisi Sevda Məmmədovaya müvafiq göstəriş verməsinə baxmayaraq, ikincinin müxtəlif bəhanələrlə vətəndaşı işə götürməkdən imtina etdiyindən bəhs etmişik. (http://24saat.news/x%C9%99z%C9%99r-d%C9%99niz-g%C9%99miciliyind%C9%99-rusv%C9%99t-qalmaqali/ ).
F.Həsənovun işlə təminatında yaranan problemin səbəbini öyrənmək məqsədi ilə 24saat.org olaraq qurumun kadrar idarəsinin Aygün adlı əməkdaşı ilə əlaqə saxladıq.
Saytımıza açıqlamasında F.Həsənov adlı şəxsi tanımadığını bildirən Aygün xanım, sözügedən problem haqqında heç bir məlumatı olmadığını vurğuladı və digər yetkili şəxslərlə əlaqə saxlamağı məsləhət gördü. Məsləhət gördüyü yetkili şəxslərin əlaqə telefonunu verməkdən imtina edən Aygün xanım qeyd etdi ki, idarənin qaynar xəttinə zəng etməklə lazımi şəxslərlə əlaqə saxlaya bilərik.
Aygün xanımla söhbəti yekunlaşdırıb təkrar şikayətçi F.Həsənovla əlaqə saxlayandan sonra bəlli oldu ki, R.Vəliyevin işə qəbulla bağlı göstərişindən sonra F.Həsənova zəng edərək onu idarəyə çağıran elə Aygün xanımın özü olub. Aygün xanımın əlaqə nömrəsi də şikayətçinin telefonuna məhz həmin zəng səbəbi ilə düşüb. Hansı ki, F.Həsənov əlində olan yeganə əlaqə nömrəsini redaksiyamıza təqdim edərək dərdinə çarə axtarıb.
Aygün xanımın qaynar xətlə əlaqə saxlamaqla bağlı verdiyi məsləhətə gəlincə, yaxın günlərdə bu məsləhətə də əməl etməyə çalışacayıq. Ümid edirik ki, Aygün xanımın heç olmasa bu məsləhəti vətəndaşla bağlı yaşanan qeyri-müəyyənliyə aydınlıq gətirməkdə kömək edəcək.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button