2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi arvadı və qayınları tərəfindən döyüldü

“Xəzər Lənkəran”ın keçmiş baş məşqçisi Mustafa Dənizli həyat yoldaşı və onun qohumları tərəfindən döyülüb

Təcrübəli mütəxəssisin 2010-cu ildə evləndiyi Evin Elçi 21 sentyabrda evi tərk edib. 25 sentyabrda qardaşları ilə geri dönən qadın boşanmaq qarşılığında Dənizlidən 5 milyon lirə istəyib. Pulu ala bilməyən Evin Elçi və qardaşları Mustafa Dənizlini döyüblər.

Bundan sonra Mustafa Dənizli polisə müraciət edib. Başından və boynundan zərbə alan mütəxəssis böyük qızın evinə gedərək onlarla yaşayır. Bədənindəki xəsarətləri ailəsinə utanaraq göstərən 67 yaşlı mütəxəssis çox qorxduğunu və ailəsinə də zərər gələcəyinə görə nigaran olduğunu bildirib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, Mustafa Dənizli 2013-2014-cü illərdə “Xəzər Lənkəran”a başçılıq edib.

(qaynarinfo.az)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button