2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Xəzərdə gözlənilən qasırğa səbəbi ilə dənizçilər təxliyə olunur

Milli Hidrometorologiya Departamenti martın 31-nə güclü şimal-qərb küləyi və qasırğanın gözlənilməsi barədə açıqlama yayıb

Saytların yığılması Saytlarin yigilmasi

“Martın 31-də gözlənilən qasırğa ilə əlaqədar 300 dənizçi təxliyə edilib”. Bu barədə Turan-a Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bildirib.

Onun sözlərinə görə, bunlar “Neft Daşları”, “Abşeronneft” və N.Nərimanov adına Neft-Qazçıxarma İdarəsinin işçiləridir.

M.Qəhrəmanlı deyib ki, “28 May”, “Bahar”, “Günəşli” platformalarından təxliyə edilən olmayıb, bu platformalarda işləyən fəhlələrin ailələri çox narahatdırlar. “Xüsusilə, 2015-ci ilin dekabrında çoxsaylı insan itkisi baş vermiş “Günəşli” yatağının 10 saylı platformasında çalışan neftçilərin ailələri narahatlıq keçirirlər. Onların sözlərinə görə, bu platformada 2015-ci ildə baş verən faciədən sonra təmir işlərinin getdiyi bildirilsə də tam başa çatmayıb, insanların həyatı üçün təhlükə qalmaqdadır”, – o bildirib.

Komitə sədri qeyd edib ki, Qum adasında “Baha Enerji” şirkətindən təxliyə haqda informasiya yoxdur.

Milli Hidrometorologiya Departamenti martın 31-nə güclü şimal-qərb küləyi və qasırğanın gözlənilməsi barədə açıqlama yayıb.

2015-ci il dekabrın 5-də 10 saylı paltformada qasırğa yanğına səbəb olub və 32 nəfər həyatını itirib. 2016-cı il dekabrın 15-də isə N.Nərimanov adına Neft-Qazçıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində qasırğa estakadının bir hissəsini üzərindəki budkada 10 neftçi ilə birlikdə dənizə uçurub. Bu ilin mart ayında isə “Bahar Enerji” şirkətinə aid quyularda təmir aparan dənizçilərdən biri həlak olub, digəri isə ağır xəsarət alıb.

Ekspertlər hesab edirlər ki, bütün bu faciələrin baş verməsinə səbəb neft sənayesinə rəhbərlik edən şəxslərin qabaqlayıcı tədbirlər görməməsidir.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button