2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Xəzərdə tapılan cəsədin neftçiyə aid olduğu dəqiqləşib

Aprelin 6-sı Xəzərdə tapılmış kişi meyitinin itkin neftçi Azay Zülfüqarov olduğu dəqiqləşib.

Bu haqda itkin düşən neftçilərin axtarışı ilə bağlı yaradılmış Qərargahın məlumatında bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Meyitin müayinəsi nəticəsində onun itkin düşən neftçi – N.Nərimanov adına Neft-Qaz Çıxarma idarəsinin operatoru olmuş Azay Zülfüqarov olduğu təsdiqlənib.

Meyit Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində müayinə olunub və A.Zülfüqarovun ailəsinə təhvil verilib.

A.Quliyevin qardaşı Güloğlan Zülfüqarov da 2016-cı il dekabrın 15-də baş vermiş qəzada itkin düşmüşdü.

Güloğlan Zülfüqarovun meyiti martın 20-si tapılıb. Müayinədən sonra, martın 22-si ailəsinə təhvil verilib.

Xatırlatma

2016-cı il dekabrın 15-i səhər saatlarında güclü külək nəticəsində N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının dənizə düşməsi nəticəsində 10 neftçi itkin düşüb.

Həmin gün bir, daha sonra isə 4 neftçinin meyiti tapılaraq ailəsinə təhvil verilib.

Qalan neftçilər, hələ də rəsmən itkin sayılır.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button