2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Xəzərin səviyyəsi sürətlə düşür: Hansı fəsadlar baş verə bilər?

Xəzərin suyu ildən-ilə azalır. Alimlər həyəcan təbili çalır ki, hazırda 1970-ci illərdəki vəziyyət təkrarlanır.

Belə ki, sonuncu dəfə suyun bu qədər azalması ötən əsrin 70-ci illərində müşahidə edilib. Vaxtilə Xəzərin səviyyəsinin 28 m azaldığı, 1978-ci ildə isə 1 metr də azalaraq, dənizin 29 metr ayazlaşdığı bildirilir. Sonradan suyun səviyyəsi qalxmağa doğru gedib. Lakin son 4 ildə yenidən Xəzərin səviyyəsində azalma müşahidə edilir.

Bəs Xəzərin suyunun azalması hansı problemlərə səbəb ola bilər?

Saytların yığılması Saytlarin yigilmasi

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə açıqlama verib.

Nazirin müşaviri qeyd edib ki, Xəzər dənizi qapalı su hövzəsi olduğundan onun səviyyəsində periodik dəyişmələr labüddür. Səviyyənin dəyişməsinin başlıca amili su hövzəsinin iqlimi ilə bağlıdır:

“Səviyyə tərəddüdü Xəzər dənizinin su balansı elementlərinə, yəni onu qidalandıran çaylar, düşən yağıntının miqdarı, buxarlanma səviyyəsi, digər tərəfdən, dəniz dibində baş verən tektonik hərəkətlərlə əlaqəlidir. Eyni zamanda, fəsillərlə bağlı olaraq səviyyə il ərzində 30-40 sm intervalında dəyişə bilər. Suyun səviyyəsi ən yüksək intervala yay aylarında çatır. Çünki həmin vaxt çayların gursululuq dövrü hesab olunur. Ən aşağı səviyyə isə qış aylarında müşahidə olunur.

R.Səttarzadə vurğulayıb ki, dəniz səviyyəsinin dinamikası barədə uzunmüddətli proqnoz vermək mümkün deyil:

“1977-1995-ci illərdə Xəzər dənizinin səviyyəsi 2,5 metr qalxmışdı. Həmin dövrdən əvvəl isə ən aşağı səviyyə qeydə alınmışdı. 2005-ci ildən etibarən artıq dəniz səviyyəsində enmələr müşahidə olunur. Bu enmə sürəti ildə təxminən 7 sm-ə bərabərdir. Xəzər dənizinin Azərbaycan hissəsində müntəzəm müşahidələr aparılır. Dənizin səviyyəsinin dəyişməsi ətraf mühitə, təsərrüfat sahələrinə, xüsusilə dənizdə neft-qaz əməliyyatlarına, dəniz nəqliyyatı və limanların fəaliyyətinə təsir edir”.

Su məsələləri üzrə ekspert, Xəzər Universitetinin Coğrafiya və Ətraf Mühit Departamentinin müdiri Rövşən Abbasov isə Bakıpost.az bildirib ki, Xəzər dənizinin səviyyəsində sonuncu azalma 1978-ci ildə olub:

“O vaxt Xəzər dənizinin səviyyəsi mənfi 29 metrə qədər azalıb. Bu gün isə bu səviyyə sürətlə öz tarixi antirekorduna yaxınlaşır. Artıq Xəzər dənizinin səviyyəsi mənfi 28.4 metrə qədər düşüb”.

Ekspert bildirib ki, əsas səbəb Xəzər dənizinə axan çayların suyunun azalmasıdır:

“Dünyanın ən böyük gölü olan Xəzər dənizinin səviyyəsi 1995-ci ildən sürətlə azalmaqda davam edir. Xəzər dənizində olan səviyyə dəyişmələri artıq 100 ilə yaxındır ki, müxtəlif elmi-tədqiqat işlərinin obyekti olub. Yəni, Xəzər dənizinə tökülən çayların suyu gah azalır, gah artır. Ona görə də dənizin səviyyəsində belə kəskin dəyişmələr müşahidə olunur. Əlbəttə, 1978-1995-ci illər ərzində olan artım bizi düşünməyə məcbur edir ki, Xəzər dənizinin səviyyəsində olan azalma yenidən artıma çevrilər bilər. Yəni, 1978-ci ilə qədər dəniz səviyyəsi azaldı, sonra yenidən gözlənilmədən 1995-ə ilə qədər artmağa başladı. 1995-ci ildən 2022-ci ilə qədər yenidən dəniz səviyyəsində azalma davam etməkdədir. Xəzər dənizinə axan çayların suyunun azalması əsas səbəb kimi nəzərdən keçirilir. Təbii olaraq çayın suyu həmişə eyni ola bilməz. Aparılan instrumental müşahidələr son 150 ildə həm Volqa, həm Kür, həm də Ural çayında axının çoxillik dəyişmələrinin olduğunu göstərir. Belə desək, Volqa çayı onilliklər ərzində öz axımını azalda və artıra bilər. Bu gün Xəzrə dənizinə tökülən suyun 80 %-ə qədəri Volqanın payına düşür. Ona görə əsas səviyyə dəyişməsi Volqa çayının suyunun artıb-azalmasından irəli gəlir. Əlbəttə ki, Kür çayının payına da 15 % düşür. Yəni, bu da kifayət qədər böyük rəqəm hesab oluna bilər”.

R.Abbasov son illər Volqa, Ural və Kürdə axımının kəskin azalmasının əsas səbəbləri barədə də danışıb:

“Son illər həm Volqa, həm Ural, həm də Kür çayının axımının kəskin azalmasının əsas səbəblərindən biri qlobal iqlim dəyişkənliyidir. Yer kürəsinin temperaturu sürətlə artmaqdadır. Bu isə çaylarda suyu sürətlə azaldır. Belə proqnoz var ki, həm Volqa, həm də Kür çayında yaxın 20 ildə su ehtiyatlarının daha 20% azalması baş verə bilər. Bu proqnozdan çıxış etsək, deyə bilərik ki, Xəzərin suyunda azalma davam edəcək. Üstəgəl həm Volqa, həm də Kür hövzəsində suya tələbat kəskin artıb. Bu artım əhalinin, sənaye və kənd təsəsrrüfatının artımı fonunda baş verir. Eyni zamanda Azərbaycanda son 10 ildə suvarılan torpaqların həcmi 70%-dən çox artıb. Yəni, suya olan tələbat getdikcə artır. Nəticədə Xəzər dənizinə daha az su gedir və onun səviyyəsi azalır”.

Ekspert əlavə edib ki, baş verə biləcək fəsadların qarşısını almaq üçün indidən hərəkətə keçməliyik:

“Digər tərəfdən Kür çayının suyunu azaldan əsas səbəblərdən biri də transsərhəd su götürmələrinin artmasıdır. Yəni, Türkiyə, Gürcüstan, İranda Araz və Kür çaylarından daha çox su götürülür. Bu da çayların suyunun azalmasına səbəb olur. Ümid edək ki, bu tendensiya belə davam etməyəcək və təbii amillərin təsirilə Volqa çayında su yenidən artmağa başlayacaq, Rusiya ərazisinə daha çox qar yağacaq. Əgər Volqa çayında su artarsa, Xəzərin səviyyəsindəki azalmalar dayanacaq. Amma istənilən halda biz bu azalamaya hazır olmalıyıq. Baş verə biləcək fəsadların qarşısını almaq üçün indidən hərəkətə keçməliyik. Hazırda milli adaptasiya strategiyası hazırlanır. Bu strategiyanın üç əsas istiqamətindən biri də Xəzər dənizinin sahil zonalarının idarə olunmasıdır. Burada Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinə necə hazırlaşmaq lazım olduğu əksini tapıb. Bu istiqamətdə artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin partnyorluğu ilə BMT-nin İnkişaf Proqramı layihə həyata keçirir və xeyli işlər görülüb”. (Bakipost.az)

24 saat” “Xəzərin səviyyəsi sürətlə düşür: Hansı fəsadlar baş verə bilər?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button