2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Xəzərin səviyyəsinin enməsinin səbəbləri nədir?

Bakı/04.01.22 Son zamanlar Bakı bulvarının bəzi yerlərində sahil  xəttinin geri çəkilməsi müşahidə olunur. Hətta Bakı buxtasında adacıqlar əmələ gəlib. Bunun səbəbi nədir?

Rəsmi məlumatlara görə, son 500 ildə Xəzər dənizinin ən aşağı səviyyəsi 1977 – ci ildə qeydə alınıb-dünya okeanı səviyyəsindən 29 metr aşağı. 1978-ci ildən suyun səviyyəsi artmağa başlayıb, orta hesabla ildə 15 santimetr artıb. Lakin 2006-cı ildən yenə də Xəzərin səviyyəsinin davamlı olaraq enməsi müşahidə olunur.

2020-ci ildə dənizin orta illik səviyyəsi dünya okeanı səviyyəsindən 27,9 metr aşağı olub.

Saytların yığılması Saytlarin yigilmasi

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Turan-a bildiriblər ki, 2021-ci ildə Xəzərin səviyyəsi 35 santimetr enib. “2005-ci illə müqayisədə Xəzərin səviyyəsi 119 santimetr enib. Ən kəskin enmə ötən il qeydə alınıb”, – nazirlikdən bildiriblər.

Mütəxəssislərin məlumatına görə, Xəzərin səviyyəsinin enməsi davam edəcək və əsrin sonuna qədər əhəmiyyətli dərəcədə enəcək. Bu, dənizin ekosisteminə, ətraf mühitə və Xəzəryanı dövlətlərin iqtisadi həyatına ciddi təsir göstərəcək.

Almaniya və hollandiyalı alimlərin araşdırmalarına görə, əsrin sonuna qədər Xəzərin səviyyəsi bu günlə müqayisədə 9 -8 metr enə bilər.

Ekoloq Rövşən Abdullayev hesab edir ki, Xəzərin səviyyəsinin enməsi dənizə axan çaylarda suyun həcminin azalması ilə əlaqədardır. Əsasən Volqa və Kürdə. Başqa bir səbəb isə suyun buxarlanmasının artmasıdır.

Bəzi ekspertlər hesab edirlər ki, Xəzərin səviyyəsinin enməsi tektonik problemdir və suyun səviyyəsi yenidən qalxacaq.

Hələlik sahil xəttinin geri çəkilməsi davam edir. Bu, gəmilərin sahilə yan ala bilməməsinə, balıqların kürülədiyi yerlərin qurumasına, geniş şoranlıqların əmələ gəlməsinə səbəb ola bilər.  

Xəzərin geri çəkilməsilə neftlə çirklənmiş sahələr üzə çıxaxaq. Onların buxarlanması havanın da çirklənməsinə səbəb olacaq. Proqnozlara görə, Xəzər heç vaxt əvvəlki qədər böyük olmayacaq.-21C06-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button