2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Xabarovskda antihökumət etirazları davam edir


Rusiyanın Uzaq Şərqindəki Xabarovsk şəhərində minlərlə etirazçı regionun qubernatoru Sergei Furgal-a dəstək aksiyasına çıxıb.

Müxalif Liberal Demokrat Partiyasından (LDPR) olan Furgal 2004-2005-ci illərdə iki biznesmeninin qətlinin sifarişində ittiham olunur.

Nümayişçilər iyulun 13-də şəhərin mərkəzi küçələrində yürüş keçirərək Furgal-ın azad olunmasını tələb ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

Onlar şəhərin mərkəzindəki Lenin meydanına toplaşmalıydılar, lakin şəhər bələdiyyəsi meydanın daş döşəməsini yumağa başladığından aksiyaçıların istiqaməti dəyişib.

Polis nümayişçilərdən nəqliyyatın işini pozmamağı tələb etdikdə onlar yürüşü səkilərlə davam etdiriblər.

 

Onların əllərindəki plakatlarda “Biz Furgal-ı dəstəkləyirik”, “Furgal-a azadlıq”, “Qüvvə bizik” kimi plakatlar vardı.

Bəzi etirazçılar Rusiya prezidenti Vladimir Putinin əleyhinə şüarlar səsləndiriblər.

Küçə boyunca avtomobillər aksiyaya dəstək olaraq aramsız siqnal verirdilər.

Nümayişçilərin sayı bundan əvvəlki aksiyadakından bir qədər az idi.

Ötən həftəsonu keçirilən mitinqə 35 mindən çox etirazçı qatılmışdı.

Bu, son illərdə Rusiyada keçirilmiş ən böyük etiraz aksiyası idi.

Putinin nümayəndəsi Xabarovska gəlib

Etiraz aksiyasının ardınca Rusiya prezidentinin Uzaq Şərq regionu üzrə nümayəndəsi Yury Trutnev Xabarovska gələrək yerli hakimiyyət rəsmiləri ilə görüşüb.

Kommersant qəzetinin yazdığına görə Trutnev yerli rəsmiləri həftəsonu keçirilən etiraz nümayişlərinin təşkilində ittiham edib.

Amma Trutnev müxbirlərə deyib ki, hakimiyyət orqanları əllərində 100 faizlik sübutlar olmasa Furgal-ı həbs etməyəcəklər.

O əlavə edib ki, “insanların öz fikirlərini və mövqelərini sərbəst şəkildə ifadə etmək hüququ var”.

İyulun 12-də keçirilmiş aksiyada yürüşçülər Xabarovsk regionu üzrə Federal Təhlükəsizlik Xidməti binasının qarşısına toplaşmış və “Furgalı azad et” tələbini irəli sürmüşdülər.

 

Paytaxtdan son dərəcə uzaqlığı nəzərə alınarsa, Xabarovskda Kremlə qarşı etirazlar nadir hadisədir.

Xabarovsk regionunda Konstitisiya dəyişiklikləri səsverməsində seçicilərin əksəriyyəti Putini 2036-cı ilədək hakimiyyətdə saxlayacaq təklifin əleyhinə səs verib.

Bundan daha kiçik mitinqlər regionun Komsomolsk-na-Amure və başqa şəhərlərində də keçirilib.

İyulun 10-da Moskva məhkəməsi Furgal-ın barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.

 

Zhirinovsky Xabarovskdakı etirazı dəstəkləyir

LDPR-in lideri Vladimir Zhirinovsky-nin partiyasına üzv olan Furgal biznesmenlər Aleksandr Smolsky, Yevgeny Zorya və Oleg Bulatovun qətllərini sifariş etməsi barədə ittihamları rədd edir.

Zhirinovsky iyulun 13-də Telegram-da yazıb ki, Furgal-ın həbsi onun müxalifət partiyasının üzvü olması ilə bağlıdır.

O habelə qeyd edir ki, Furgal regionun ən yaxşı qubernatorlarından biridir və buna görə də Kremldə qısqanclıq yaradıb.

Başqa bir postunda Zhirinovsky Xabarovsk nümayişlərini dəstəklədiyini deyib, amma bildirib ki, onun partiyası icazəsiz aksiyaların əleyhinədir.

Furgal 2018-ci ildə keçirilən qubernator seçkisində gözlənilmədən Kremlin namizədi Vyacheslav Shport-a qalib gəlmişdi.

 

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button