2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Xabarovskda Putinin yeni qubernatoruna etiraz edirlər (VIDEO)


Rusiyanın Uzaq Şərqindəki Xabarovsk şəhərində iyulun 9-da həbs edilmiş qubernator Sergei Furgal-a dəstək mitinqləri 11-ci gündür ki, davam edir.

Aksiyaçılar Rusiya prezidenti Vladimir Putinin yeni qubernator təyinatına etiraz edirlər.

Putin Xabarovsk şəhərinə Mikhail Degtyaryov-u qubernator təyin edib. O da həbs edilmiş keçmiş qubernator kimi müxalif LDPR partiyasındandır, lakin göründüyü kimi bu, Xabarovskda bir çoxlarını qane etməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Etirazçılar iyulun 21-də Xabarovsk icra hakimiyyəti binasının qarşısına toplaşıblar. Onlar xorla “Degtyaryov, çıx görək” deyə qışqırırdılar.

Degtyaryov qubernator vəzifəsinə iyulun 20-də təyin edilsə də, ictimaiyyət arasında görünməyib.

O günün səhər saatlarında ilk iclasını keçirərək rəsmilərlə görüşmüşdü. Yeni qubernator demişdi ki, onun ən əsas vəzifəsi regionda koronavirus epidemiyasının yayılmasını önləmək, pandemiyanın iqtisadiyyata vurduğu ziyanı aradan qaldırmaqdır.

 

Putin iyulun 20-də habelə Furgal-ın qubernator vəzifəsindən çıxarılması barədə fərman imzalayıb.

Lakin Putinin yeni təyinatı sosial mediada kəskin pislənir. Degtyaryov-un son Instagram postuna 1300-dək şərh yazılıb. Onların böyük əksəriyyəti yeni qubernatorun təyinatına mənfi yanaşıldığını göstərir.

 

Bu arada iyulun 21-də Liberal Demokrat Partiyasından (LDPR) Furgal-ın vəzifədən kənarlaşdırılmasına etiraz edən iki yerli deputat Pyotr Yemelyanov və Aleksandr Kayan partiyanı tərk ediblər.

İyulun 9-da Xabarovskda həbs olunduqdan sonra Moskvaya etaplanan Furgal-a qarşı 2004-2005-ci illərdə iki qətl və bir qətlə qəsd ittihamı irəli sürülüb.

Furgal Çinlə həmsərhəd olan Xabarovsk diyarının qubernatoru vəzifəsinə iki il əvvəl seçilmişdi. O həmin seçkidə Kremlin hakim Vahid Rusiya partiyasından olan namizədini məğlub etmişdi.

Xabarovsk yürüşlərinə həftəsonu günlərində minlərlə insan qatılıb və bu, Sovet İttifaqı yıxılandan bəri ən böyük etiraz aksiyası sayılır.

Rusiya paytaxtından Xabarovsk kimi uzaq yerlərdə antihökumət aksiyaları nadir hadisədir. Bu etirazlar həm də Putinə 2036-cı ilədək prezident olmaq imkanı verən konstitusiya dəyişikliklərinə səsvrmədən dərhal sonra başlanıb.

 

Xabarovskda keçirilən izdihamlı aksiyalar yerli hakimiyyəti çaş-baş qoyub və şəhər meri etirazçıları təmkinə və koronavirusun daha çox yayılmaması üçün kütləvi toplanışlardan çəkinməyə çağırıb.

Rusiya Federal Təhlükəsizlik Xidməti isə iddia edib ki, terrorçu bomba partlayışının qarşısını ala bilib.

Xabarovsk regionunun hakimiyyət orqanları bildirib ki, “koronavirus pandemiyası iə bağlı yaranmış çətin vəziyyətə” görə bölgə yenidən sərt karantin rejiminə keçirilməlidir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button