Now Reading:
Xaçmaz meşələrinin “soyqırımı”na nazirlik rəsmisindən gülməli REAKSİYA

Xaçmaz meşələrinin Müşkür kənd ərazisində ağacların kütləvi soyqırımı ilə bağlı fotolar yayılıb.

24saat.org xəbər verir ki, fotoları yayan jurnalist Cəmil Məmmədli ağacların yeşik və parket sexləri üçün kəsildiyini bildirib.
Meşələrin kütləvi şəkildə qırılmasına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktor əvəzi Söhrab Abbasov öz facebook səhifəsində belə cavab verib:

“tək tək yaramazların cızma-qarası, böhtanı,heç bir həqiqətə söykənməyən iftirası, şəxsi reket maraqlarına söykənən fikirləri bizi başladığımız yoldan döndərə bilməz”
Maraqlıdır ki, şimalda meşələrin qırılaraq yeşik sexlərinə daşınmasına hamilik edənlərin arasında Söhrab Abbasovun da adı çəkilirdi.

Məlumat üçün deyək ki, Söhrab Abbasov əvvəllər Quba Meşə Mühafizə və Bərpası Müəssisəsinin direktoru işləyib və nazirliyə yüksək vəzifəyə yüksələn zaman onun 1500 kubdan çox, təqribən qiyməti 19 000 manatdan çox olan bir qırıntıda “məsul” idi…
Sözügedən fotoları təqdim edirik:

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.