2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Xaçmaz şəhidlərinin başdaşı problemi

Üzeyir Cəfərov: «Məmurlar övlad itirən valideynlərin acısını anlamadan onların dərdinin üstünə dərd gətirirlər»

Son dövrlərdə şəhid olan hərbçilərimizdən üç nəfərinin məzarında başdaşı hələ də qoyulmayıb. Aprel ayında baş verən dörd günlük döyüşlərdə şəhid olmuş Elvin Mirzəyev və Elvin Qayıbov, həmçinin may ayında şəhid olan Əmrah Yüzbəyovun məzarları diqqətdən kənar qalıb.

Saytların yığılması Saytlarin yigilmasi

Şəhidlərin baş daşlarının Müdafiə Nazirliyi tərəfindən qoyulacağı bildirilsə də, sonradan onların ailələrinə məlumat verilib ki, bu işi nazirlik yox, Xaçmaz Rayon Icra Hakimiyyəti görməlidir. Xaçmaz Rayon Icra Hakimiyyətindən isə bu məsələnin həll olunacağı bildirilib. Lakin hələlik ortada real nəticə yoxdur.

Hərbi sahə üzrə ekspert Üzeyir Cəfərov deyir ki, bu məsələnin icra hakimiyyətləri tərəfindən həyata keçirilməsi qanunda aydın şəkildə göstərilib. Ekspert Müdafiə Nazirliyinin də bu istiqamətdə rolunun olduğunu bildirir. Qeyd edir ki, şəhid olan əsgərlərin ailələri şəhidlik haqqında sənəd almalıdır: “Iş sənədləşmə mərhələsindədirsə, əsgərlərimizin başdaşının qoyulması iki dövlət qurumu tərəfindən həyata keçirilməlidir. Bəzi hallarda icra strukturunun əməkdaşları bu məsələdən kənara çəkilirlər. Lakin bu, kökündən yanlış yanaşmadır. Məmurlar övladını itirən valideynlərin acısını başa düşmədən onların dərdinin üstünə dərd gətirirlər. Belə ailələrə biganəlik düzgün deyil və onların hərəkəti şəhid ailələrini incidir. Ona görə də Xaçmaz Rayon Icra Hakimiyyəti qısa müddətdə bu məsələni həll etməlidir”.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button