2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Xaçmaz sakini: “Həkim sağ əvəzinə, sol yumurtalığımı çıxarıb”

Yayımlandı: 9 Mart 2023 14:21

O, prokurorluğu həkimin tərəfini tutmaqda günahlandırır, qurum isə cinayət əməli olmadığını deyir

Sağ yumurtalığımı şiş basmışdı. Həkim də sağ əvəzinə,  sol yumurtalığımı çıxarıb. Əməliyyatdan sonra evə gəldim. Üzərindən on gün keçmədi, gördüm ki, otura bilmirəm”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu Meydan TV-yə Xaçmazın Nərəcan kənd sakini Rumiyyə Rizvan qızı Ağacanova deyir.

İddia edir ki, 2017-ci ildə Quba Müalicə Diaqnostika Mərkəzinin həkim mama-ginekoloqu Altay Nəsibov onu əməliyyat edəndən sonra səhhəti gündən-günə ağırlaşıb:

Uşağa qalmışdım, cərrahi müdaxiləyə pulum olmadığı üçün hamiləlik pozan dərman içdim. Dərmanı içəndən sonra məndə güclü ağrılar oldu. Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında ultrasəs müayinədən keçdim. Məni təcili Quba Müalicə Daiqnostika Mərkəzinə göndərdilər ki, bəs əməliyyat olunmalısan. Quba Müalicə Diaqnostika Mərkəzinin həkim mama-ginekoloqu Altay Nəsibov məni əməliyyat etdi”.

Məndə iki fındıq boyda  mioma (xoşxassəli şiş) olub, guya bunlar doğuş vəziyyətinə gəlib. Həmin miomalara görə bunlar mənim uşaqlığımı çıxarıblar. Sonra görüblər ki, appendisit də var, onu da əməliyyatla çıxarıblar. Əməliyyatdan sonra məndə uşaqlığın yerində endemetrioz şişlər əmələ gəldi. Bundan sonra Altay Nəsibov 2018-ci ildə də məni ard-arda iki dəfə təkrar əməliyyat etdi. Ona inanmışam, sonradan bilmişəm ki, şişə əl vurulmalı deyilmiş”, – Rumiyyə Ağacanova deyir.

Şikayətçi bildirir ki, hər üç əməliyyatda sonra səhhəti kəskin ağırlaşıb. Əməliyyatı icra edən həkim isə onlara xaricdə müalicə olunmağı məsləhət bilib:

Həkim üçüncü dəfə bu əməliyyatı edəndən sonra yoldaşıma deyib ki, onu daha bura gətirmə, başqa xarici ölkəyə apar, burada onun müalicəsi yoxdur. Özü məni şikəst qoyub. İndi hansı həkimə gedirəm, deyir ki, nahaqdan əməliyyat olunmusan. Şişlər əməliyyatdan sonra yaranıb. Bəzən şişlər o dərəcədə böyüyür və ağrı verir ki, nə uzana, nə də otura bilirəm”.

Quba Müalicə Diaqnostika Mərkəzi. Foto: “mapio.net”

Uğursuz əməliyyatlar keçirdiyini düşünən zərərçəkən xərclədiyi pulların bir qismini məhkəmə yolu ilə geri almaq qərarına gəlib.

2020-ci ildə Quba Rayon Prokurorluğuna şikayət edib:

Düz, iki il yollarda qaldım, prokurorluğa gedib-gəldim. Axırda da ekspertiza rəy çıxardı ki, guya məndə qadın xəstəliyi varmış, özü də irsi imiş. Mənim anam, xalam, bacılarım sapsağlamdırlar. Quba Rayon Prokurorluğundakılar əvvəl mənim tərəfimdə idilər, nədənsə sonradan münasibətləri dəyişdi”.

Həmin xanım üç dəfə fərqli diaqnozlarla əməliyyat olunub. Onda qarın boşluğunda və çanaqda bitişmələr var. Vətəndaşı narahat edən də odur. Buna görə də bizdən narazıdır. Ona xəstəliyi barədə məlumat verilib, hər cür yardım göstərilib. Onun vəziyyəti cərrahi əməliyyatın vacibliyini tələb edib”, – Quba Müalicə Diaqnostika Mərkəzinin həkim mama-ginekoloqu Altay Nəsibov Meydan TV-yə bildirib.

Məsələ ilə əlaqədar Quba Rayon Prokurorluğundan Meydan TV-yə bildirilib ki, Rumiyyə Rizvan qızı Ağacanovanın ərizəsi əsasında araşdırma aparılıb, lakin cinayət əsası olmadığına görə iş rədd edilib:

Səhiyyə Nazirliyi tərəfindən ekspertiza keçirilib. Toplanmış materiallarda cinayət hadisəsi olmadığına görə cinayət işinin açılmasına mənfi cavab verilib. Araşdırma və yekun qərarın sürəti də vətəndaşa təqdim edilib”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button