Xaçmazda səhlənkarlıq səbəbindən elektrik işçisi vəfat etdi - 24 saat xəbərlər
Now Reading:
Xaçmazda səhlənkarlıq səbəbindən elektrik işçisi vəfat etdi
Full Article 50 second read

Xaçmazda səhlənkarlıq səbəbindən elektrik işçisi vəfat etdi

Xaçmaz rayonunda bədbəxt hadisə baş verib.

Xaçmaz rayon elektrik şəbəkəsi idarəsinin Xudat xidmət sahəsinin ərazisində idarənin əməkdaşı Ağamov Əhməd Əkbər oğlu dünyasını dəyişib.

Yaxınlarının Az24saat.org saytına verdiyi məlumata görə, Əhməd Ağamov təmir üçün elektrik dirəyinə çıxıb və elektik naqillərinə toxunaraq həyatını itirib. Hadisə mart ayının 21 də Xaçmaz rayonunun Qusarçay kəndi ərazisində baş verib

Belə ki, qəza xidməti ərazidə olan zaman təmir olunacaq elektrik dirəyinin olduğu xəttin enerji gərginliyindən ayrılması üçün idarənin növbətçi hissəsinə məlumat verib. Növbətçi hissədən təmir olunan “Nərimanov” xəttini deyil, 4-cü xətti açıblar. Nəticədə Əhməd Ağamov dünyasını dəyişib. Onun 2 yaşında qız övladı var.

Xaçmaz şəbəkə rayonunun Xudat xidmət sahəsini rəisi Fətləli Niftəliyev faktı faktı təsdiqləyib.

Xaçmaz sakinlərinin verdiyi məlumatda qeyd edilir ki, R.Məmmədovun Xaçmazda şəbəkə rəisi olduğu 4 il ərzində baş verən 6-cı bədbəxt hadisədir. Son hadisənin isə mühəndisin məsuliyyətsizliyi nəticəsində baş verdiyi bildirilir.

Az24saat.org

Input your search keywords and press Enter.