2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Xaləddin İsgəndərov Zakir Fərəcovun qoydurduğu “SUMQAYIT”I DAĞITDI

Binəqədinin icra başçısı “Suqmayıt” lövhəsini uçurdu…

Bu gün ərazi üstündə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin isgəndərov üz-üzə gəlib.
Bu barədə 24saat.org-u bilgiləndirən özəl mənbənin sözlərinə görə, buna səbəb Z.Fərəcovun bir neçə gün bundan öncə şəhərin Novxanı çimərliyi istiqamətindəki girişinə “Sumqayıt” sözü yazılan lövhə quraşdırması olub. Bununla “Spring” oteldən şəhərə doğru ərazilərin Sumqayıta məxsus olduğunu simvollaşdıran Z.Fərəcovun bu addımı X.İsgəndərovun qəzəbinə səbəb olub.

Mənbənin sözlərinə görə, bu gün xeyli sayda polis əməkdaşlarının müşayiəti ilə əraziyə gələn Binəqədi İcra Hakimiyyətinin yetkililəri “Sumqayıt” lövhəsinin qaldırılmasını tələb edib. Lakin Z.Fərəcovu qarşı tərəfin bu istəyini rədd edib və öz növbəsində Sumqayıtın polis əməkdaşlarının bir qismini mübahisəli əraziyə göndərib. Təərflər arasında uzun çəkən mübahisə nəticəsində problemi həll etmək mümkün olmayıb. Nəticədə Binəqədi Rayon İcra Hakimiyyətinin əraziyə cəlb etdiyi ağır texnika “Sumqayıt” sözü yazılan lövhəni əzərək tamamilə yararsız vəziyyətə salıb. Ərazidəki yaşıllıqlar da xeyli ziyan çəkib.

Saytların yığılması Saytlarin yigilmasi

Mənbənin məlumatına görə, insident nəticəsində Sumqayıt-Novxanı magistral yolu bəlli bir müddət bağlanıb. Yalnız tərəflərin hadisə yerini tərk etməsindəjn sonra yolda avtomobillərin hərəkəti qaydasına düşüb.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button