2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Xalça fabriklərinin sayı artır, bəs keyfiyyəti necə?

Prezident İlham Əliyev “Şabran rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Bu məqsədlə

2018-ci ili dövlət büdcəsindən “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə 2 milyon manat vəsait ayrılıb. “Azərxalça”dan verilən məlumata görə artıq ölkənin müxtəlif bölgələrində 10 fabrik tikilir. Onlardan Füzuli və Şəmkir rayon filialları artıq tam gücü ilə fəaliyyət göstərir, digər filialların binalarının tikintisi isə davam etdirilir. Bu il də əlavə 10 filialın tikintisinə başlanacağı və filialların sayının 20-yə çatacağı planlaşdırılır.

Saytların yığılması Saytlarin yigilmasi

Ötən yazılarımızın birində xalçaçılığın inkişafı ilə bağlı statistik məlumatları açıqlamışdıq. Həmin rəqəmlər göstərirdi ki, 2017-ci ilin 9 ayında Azərbaycanda bütün müəssisələr tərəfindən 408,4 kv. metr xalça toxunulub. Satışa 505,1 kv. metr xalça göndərilib, oktyabrın 1-nə qədər anbarda 1274,5 kv. metr xalça qalıb. Müqayisə baxımından götürsək, 2016-ci il ərzində Azərbaycanda 198,8 kv. metr xalça toxunub və 2017-ci ilin yanvarın 1-nə qədər anbarda 811,2 kv. metr xalça qalıb.
Statistika keçən il xalçaçılıq məhsullarının satışında böyük uğurlar olmadığını göstərir. Yerli məhsullar ya insanların alıcılıq qabiliyyətinin aşağı olmasından və ya məhsulun keyfiyyətsizliyi üzündən anbarlarda yığılıb qalır. O halda bazarı olmayan məhsul istehsalı üçün bu qədər vəsait xərcləməyin, fabriklərin sayını artırmağın mənası nədir?
Xalça ticarəti sahəsində 18 illik təcrübəsi olan Rasim Məmmədov ozaman demişdi ki, Azərbaycan bazarını öyrənmədən bu qədər fabrik açmaq tamamilə yanlış addımdır. Bu sahədə az-çox təcrübəsi olan adamlar bilir ki, bizim bazarda satılan xalçaların 90%-i Türkiyə və İran istehsalı olan xalçalardır: “Yerli xalçalar ucuzdur. Amma yenə də alıcılıq qabiliyyəti çox zəifdir. Çünki keyfiyyəti də sıfırdır. Ən yaxşı xalçalar Təbriz xalçaları sayılır. Çox çəkməz, onların hamısı bağlanacaq, bunu 100% əminliklə deyirəm. İçində olduğum bazar şərtləri bunu deyir… Yəqin ki, fabrik-zavod açmaq da bir variantdır, pul yumaq variantı. Maya qoyan xüsusi şəxs olsa da, çox ehtimal ki, həmin sahibkarı da bir müddət sonra həbs edib əlindəkini alacaqlar.”

“Azərxalça”nın rəhbərliyi isə xeyli optimistdir. Onlar bu il Şəmkir və Horadiz filiallarında toxunan xalçaların ABŞ və Almaniyada keçirilən beynəlxalq satış sərgilərində alıcılara təqdim olunacağını bildiriblər.”
Dünyada rəqabət mühiti isə çox qəlizdir. Statistikaya görə, dünyada maşınla toxunan xalçaların idxalında ABŞ, İngiltərə, Almaniya, Kanada və Yaponiya ən qabaqcıl ölkələr sayılır. Belə xalçaların 40% -i bu 5 ölkəyə məxsusdur. Dünyada maşın istehsalı olan xalça ixrac edən aparıcı ölkələr isə Çin, Türkiyə, Belçika, Hindistan və Hollandiyadır. Çin təkcə bazarın 17,7% -ni təşkil edir. Türkiyə isə Çindən sonra bazarda 15,2% ilə ikinci sıradadır. Dünyanın əllə toxunan xalça və kilimləri Hindistan, Çin, İran, Pakistan, Türkiyə, Nepal və Tibet tərəfindən istehsal və ixrac olunur. Dünyanın əllə toxunan xalça və kilim bazarı, əsasən, İran, Çin və Pakistan istehsalçıları və ixracatçılarının nəzarəti altındadır.
Dünya xalçaçılıq sahəsində rəqabət mühiti belədir. Azərbaycan onların sırasına girə bilərmi? Bunun üçün böyük səylər tələb olunur. Şübhəsiz ki, yüksək keyfiyyət tələb olunan şərtlərin başında gəlir. Ölkədə onlarla fabrik açıb, zay məhsullar buraxmaqdansa, vəsaiti rəqabətə davamlı məhsullara qoyub, xalçaçılığı həqiqi mənada gəlirli sahəyə çevirmək doğru olmazmı?

Səadət

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button