AZ24SAAT.ORG

Now Reading:
Xalq artisti Amaliya Pənahova vəfat etdi

Azərbaycanın Xalq artisti, teatr və kino aktrisası Amaliya Pənahova vəfat edib.

24saat.org xəbər verir ki, Xalq artisti uzun müddət idi xəstəlikdən əziyyət çəkirdi.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, xalq artisti ilə vida mərasimi sabah saat 11:00- 12:30-da Akademik Milli Teatrda baş tutacaq.

Qeyd edək ki, Amaliya Pənahova 1945-ci ildə anadan olub. O, Azərbaycan teatr və kino aktrisası, televiziya rejissoru, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, sənətşünaslıq doktoru, professor, 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru, Avropanın əməkdar elm və mədəniyyət xadimi olub

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.