Now Reading:
Xalq artisti vəfat etdi

Azərbaycan Respublikasının xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli bəstəkar Xəyyam Mirzəzadə vəfat edib.

Uzun sürən xəstəlikdən əziyyət çəkən X. Mirzəzadə öz evində dünyasını dəyişib. Bəstəkarla vida mərasimi sabah Bakı Musiqi Akademiyasında keçiriləcək.

Mədəniyyət nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov bildirib ki, vida mərasimi sabah saat 12-dən 14-dək davam edəcək və X.Mirzəzadə II Fəxri Xiyabanda dəfn olunacaq.

Mədəniyyət nazirliyi X.Mirzəzadənin vəfatını böyük itki kimi dəyərləndirib və musiqi ictimaiyyətinə, bəstəkarın doğmalarına baş sağlığı verib.

APA

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.