2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Xalq Cümhuriyyətinə aid 36 min sənəd Azərbaycana verilib

İsveçrədə səfərdə olan Azərbaycan nümayəndə heyəti BMT-nin Cenevrə bölməsinin kitabxanasında olub. Xəbəri Qaçqınlar və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Kitabxananın müdiri Françesko Pisano BMT Cenevrə bölməsinin kitabxanasında Millətlər Liqasının arxivi yerləşdiyini və bu arxivin Azərbaycan üçün misilsiz əhəmiyyətə malik olduğunu söyləyib: “Çünki burada Azərbaycan Xalq Cümhuriyyətinə (AXC) aid bir çox tarixi sənədlərin əsli qorunub saxlanılır. Bu sənədlər sırasında Paris sülh danışıqlarında iştirak edən Azərbaycan nümayəndə heyətinin hazırladığı məktub və müraciətlər, xəritə və digər mühüm tarixi sənədlər mövcuddur”.

Bu sənədlərin yüksək əhəmiyyəti nəzərə alınaraq 2016-cı ilin sonunda Azərbaycanın Cenevrədəki beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin təşəbbüsü ilə Millətlər Liqasının AXC ilə bağlı arxiv materiallarının rəqəmsal formaya salınması və Azərbaycan tərəfinə təhvil verilməsi barədə nümayəndəlik və kitabxana arasında Anlaşma Memorandumu imzalanıb.

Memoranduma əsasən Azərbaycan Xalq Cümhuriyyəti ilə yanaşı, Ermənistana və Gürcüstana aid ümumilikdə 36 min səhifəni əhatə edən sənədlərin rəqəmsal surətləri hazırlanıb və elektron daşıyıcı oktyabrın 3-də Mixael Möller tərəfindən Azərbaycan tərəfə təhvil verilib.

Azərbaycanın BMT-yə üzv qəbul edilməsinin 25-ci ildönümü münasibətilə oktyabrın 3-də BMT-nin Cenevrə bölməsində Millətlər Sarayının qarşısında yerləşən Ariana parkında Azərbaycan dövlətinin hədiyyəsi olan “Düşüncələr və arzular” adlı heykəltəraşlıq abidəsinin açılışı olub. Adı çəkilən həmin sənədlər bu çərçivədə Azərbaycan tərəfə verilib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button