2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Xalq etirazından qorxan Maduro minimum maaşı 60% artırdı

Venesuelada prezident Maduro istefa tələbi ilə xalq etirazlarının davam etdiyi bir dövrdə maaşları artırmaq və pulsuz ev paylamaq vədi verib. Prezident 1 maydan etibarən minimum maaşın 60% nisbətində artacağını söyləyib. Bəzi əyalətdə yüzlərlə yeni binanın açarının xalqa paylanacağını bildirən ölkə başçısı bununla xalq etirazlarını sakitləşdirəcəyini düşünür. İnflyasiyanın üç rəqəmli həddə çatdığı Venesuelada maaşlara bu il üçüncü dəfə tənzimləmə edilmiş olacaq. Yeni tənzimləmə ilə minimum əmək haqqı qida sübsidiyaları da daxil olmaqla, qara bazarda 50 dollardan az pula bərabər edən 200 min Bolivar olacaq.

Hazırda xalq etirazlarına rəhbərlik edən müxalifət Maduronu ölkə iqtisadiyyatını çökdürməkdə günahlandırır. İqtisadi böhran və hökumət əleyhinə nümayişlərə səhnə olan neft zəngini Venesuelada xalq saatlarla sürən elektrik kəsintiləri, dərman və əsas ərzaq məhsullarının çatışmazlığı üzündən çətinlik çəkir. Ölkədə 4-cü həftəsinə girən hökumət əleyhinə nümayişlər hələ də davam edir.

Saytların yığılması Saytlarin yigilmasi

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button