2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏSiyasət

“Xalq intiqama hazırlaşır” – XƏBƏRDARLIQ

Sərdar Cəlaloğlu: “Azərbaycanda fəlakət yetişir”

ADP sədri Sərdar Cəlaloğlu 24saat.org-a açıqlamasında ölkədəki mövcud durumla bağlı maraqlı fikirlər səsləndirib. Hakimiyyətin yürütdüyü siyasətin xalqı fəlakətə apardığını bildirən partiya sədri, iqtidarı cəmiyyətdəki susqunluqdan qorxmağa çağırıb:
“Hakimiyyətin yürütdüyü siyasətin hara gətirib çıxartdığı göz önündədir. Sosial-iqtisadi vəziyyət günü-gündən ağırlaşır, insanların dolanışığı kəskin pisləşir və s. Bu mənzərə fonunda əhalinin susması onun iqtidarın siyasətindən razı qalmasının göstəricisi deyil. Bu, daha çox intiqama hazırlaşmaq əlamətidir. Insanlar daxilən intiqama hazırlaşır. Bu, çox təhlkəli bir məsələdir. Az-çox sosiologiyanı, psixologiyanı bilən bilir ki, hər bir insan xarici təsirə qarşı reaksiya verməlidir. Əgər reaksiya vermirsə bunun iki səbəbi var. Birincisi, ya o, ölübdür, ikincisi, ya da daxili gücünü səfərbər edib daha ciddi bir addıma hazırlaşır. Mən bunu müxtəlif nəzəriyyələr əsasında elmi şəkildə izah da etmişəm, bir neçə məqalə də yazmışam. Xalqın dinc demokratik mübarizəyə çıxmaması onun radikal mübarizə hazırlaşdığını göstərir və iqtidar bu susqunluqdan qorxmalı, vəziyyəti dəyişmək üçün konkret addımlar atmalıdır”.

Saytların yığılması Saytlarin yigilmasi

 

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button