2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Xalq mitinqdə nələri tələb etdi?

Milli Şuranın 23 sentyabr mitinqinin qətnaməsi

Azərbaycan hakimiyyəti iri miqyaslı korrupsiya əməliyyatı ilə dünyanın gündəmindədir. Araşdırmalar üzə çıxarıb ki, təkcə 2 ilin içində – 2012-14-cü illərdə və təkcə bir bank üzərindən ölkədən 2.9 milyard dollar vəsait çıxarılıb. Bu vəsaitin bir hissəsi xarici ölkələrin siyasət və ictimaiyyət adamlarına Azərbaycan hakimiyyətinin seçki saxtakarlığı, siyasi motivli həbslər və s. kimi neqativ hərəkətlərini pərdələmələri üçün rüşvət olaraq verilib. Qalan böyük hissəsi isə Əliyevlər ailəsinə bağlı ofşor şirkətlərə köçürülüb. Bu korrupsiya əməliyyatı 16 mindən çox köçürmə sənədləri ilə təsdiq olunur.

Saytların yığılması Saytlarin yigilmasi

24 illik Əliyevlər hakimiyyəti dünyada korrupsiya çempionu kimi ad çıxarıb və dəlil-sübutla ifşa edilən bu axırıncı fakt onun xalqdan oğurladıqlarının kiçik bir hissəsidir. Hazırda dünyanın bir sıra ölkələrində Azərbaycan hakimiyyətinin bulaşıq olduğu korrupsiya faktlarına görə cinayət işləri başlanıb, təhqiqatlar gedir, istefalar qeydə alınır.

Təəssüf ki, ölkənin hüquq-mühafizə orqanları, o cümlədən Baş Prokurorluq və məhkəmələr siyasi hakimiyyətin əlavəsinə çevrildiyi üçün üzə çıxarılan bu aşkar faktlara görə Azərbaycanın özündə hər hansı rəsmi araşdırma aparılmır. Siyasi hakimiyyət bu cinayəti yalnız ənənəvi qaragüruhçuluqla üzərindən atmağa çalışır, ölkə başçısı isə bu barədə ümumiyyətlə açıqlama verməyi özünə borc bilməyib.

Milli Şuranın 23 sentyabr 2017-ci il tarixli mitinqi bütün dünyaya səs salan bu sonuncu korrupsiya faktına görə təşkil olunmaqla, həm də bütövlükdə 24 ildir ölkədə davam edən talan və yalan siyasətinə, hüquq və azadlıqların pozulmasına, insanların siyasi motivlərlə həbsinə etiraz məqsədi daşıyır.

Milli Şura mitinqdə səslənən fikirləri də nəzərə almaqla, iştirakçılar adından tələb edir.

1. Beynəlxalq araşdırmaçı jurnalistlərin üzə çıxardığı 2.9 milyard dollarlıq korrupsiya əməliyyatı ilə bağlı Azərbaycanda rəsmi təhqiqat başlansın, fakt üzrə cinayət işi açılsın;

2. Bu korrupsiya əməliyyatında adı keçən Azərbaycan rəsmiləri, hüquqi və fiziki şəxsləri kimliyindən asılı olmayaraq qanun qarşısında məsuliyyətə cəlb olunsun;

3. Azərbaycan xalqına məxsus oğurlanmış sərvətlərin geri qaytarılması üçün tədbirlər görülsün;

4. Azərbaycanda insan hüquq və azadlıqlarının pozulmasına, siyasi motivli həbslərə son qoyulsun, bütün siyasi məhbuslar təcili olaraq azad edilsin;

5. Ölkədə yubanmadan real iqtisadi və siyasi islahatlara başlanılsın;

6. Azərbaycanla Avropa Birliyi arasında Assosiasiya Sazişi imzalansın.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button