2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSiyasət

“Xalq, toplum kimi anlayışlar avtoritar hakimiyyətlər üçün yozulmayan yuxu kimidir”

 

Eldəniz Quliyev: “Belə hakimiyyət xalqı əzməyi, çörəklə imtahana çəkməyi qənimət sayır”

Azərbaycanın görkəmli şairlərindən Mikayıl Müşfiqin heykəlinin götürülməsi bir neçə gündür ki, müzakirə mövzusuna çevrilib. Ölkə siyasi rəhbərliyində təmsil olunan şəxslərdən tutmuş sadə vətəndaşa qədər hər kəs bu addımı qınamaqda davam edir. Halbuki, gündəlik həyatda yüzlərlə, minlərlə insan müxtəlif haqsızlıqların, ədalətsizliklərin qurbanına çevrilsə də buna ciddi bir reaksiya yoxdur.

Saytların yığılması Saytlarin yigilmasi

Maraqlıdır, heykələ canlı insandan daha artıq həssasiyyət göstərmək nə dərəcədə məntiqlidir? Doğrudanmı bu ölkədə insanlar heykəl qədər önəm kəsb etmir?

24saat.org-a açıqlama verən Azərbaycan Ziyalılar Birliyinin rəhbəri Eldəniz Quliyev məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Əvvəla onu qeyd edim ki, Müşviqin heykəli təkcə heykəl deyil. O millətin emosional-ruhi yaddaşıdır. Çox gənc və çox da istedadlı bir şairin daşlaşmış xatirəsidi. Eləcə də insanlar şüuraltı anlayırlar ki, vaxtsız-çox gənc yaşlarında haqsız olaraq repressiyaya tuş gəlib güllələnmiş bir sənətkarı növbəti dəfə öldürmək istəyirlər. Heykələ duyğusal münasibət məncə, bundan qaynaqlanır.

O ki qaldı canlı insanlara, fədakar mübarizlərin taleynə qarşı təzyiqlər, təhdidlər və təhqirlərə… nə qədər acı da olsa, toplum bu sayaq siyasət yürüdənlərin əməllərinə vərdiş edib. Dediyim kimi, bu, çox acı və acı olduğu qədər də təəssüf edici bir gerçəklikdi!..

Son olaraq deyim ki, sadə insanların həyatına sayqısızlıq və biganə münasibət mövcud siyasi hakimiyyətin mahiyyətinin göstəricisidi… Xalq, toplum, sosium, kütlə və s. bu kimi anlayışlar avtoritar hakimiyyətlər üçün qorxulu və yozulmayan yuxu kimidir… Və hər zaman Onu əzməyi, qorxutmağı, çörəklə imtahana çəkməyi, iradəsinə tabe etdirməyi qənimət sayırlar!..”

 

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button