2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Xalqa nəsihət verən deputatla yorğan söhbəti

İlham Hüseyn

Növbəti nəsihət deputat Yaqub Mahmudovdan gəldi: “Milləti işləməyə öyrətməliyik. Əlilliklə, zəlilliklə dövlətdən qoparmaqdan xilas olmalıyıq. Ayağımızı yorğanımıza görə uzatmalıyıq. Amma yorğanın altında da nə baş verdiyini bilməliyik”.

Cənab deputat, əvvəla, bu xalqı əlil və zəlil vəziyyətə salan sizin analoqsuz inkişafınızdır.

Saytların yığılması Saytlarin yigilmasi

İkincisi, ölkəni idarə edənlər büdcəyə zəli kimi darışıbsa, vətəndaş niyə zəlilliyə görə dövlətdən 5-10 manat qoparmasın?

Üçüncüsü, bu xalqı elə günə salmısız ki, çoxdandır üstüaçıq yatır. Yəni ayağı uzatmaq üçün ölçü-biçiyə ehtiyac qalmayıb.

Dördüncüsü, biz ayağımızı yorğanımıza görə uzadanda ayağımız saxtakarlığa, ədalətsizliyə, talançılığa dəyir. Görürük ki, yorğan altında milyardları ayaqlayanlar var.

Ona görə də bu analoqsuz nəsihətləri təmsil olunduğunuz hökumətə verin. Deyin ki, ayaqlarını vətəndaşın başına qaldırmasınlar. Onların tamahının ayağı dövlətin əllərin kəsir.

İnanın ki, sizin mədh etdiyiniz hökumət ayağın hər yerə soxmasa, bu xalqın başı salamat olar.
Bir də ki, siz tarixçisiz və tarixdən dərs çıxarmaq lazımdı. Hökumətdəkilərə deyin ki, ayaqlarını tarixə görə uzatsınlar. Tarix göstərir ki, ayaqlaya-ayaqlaya gələnlər axırda ayaq altında qalırlar.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button