2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Xalqın etirazından sonra namizədlikdən imtina etdi

Cənubi Amerika ölkəsi Paraqvayda prezident Horacio Kartes mübahisələrə və etirazlara səbəb olan ikinci dəfə prezidentliyə namizəd olmaq fikrindən daşındığını açıqlayıb. Baş yepiskopa məktub göndərən prezident Kartes konqresin ikinci dəfə prezidentliyə namizəd olmasını qanuniləşdirməsinə rəğmən sabitliyi qorumaq üçün namizədliyini irəli sürməyəcəyini bildirib. Kartes bu qərarı verərkən Papanın da dialoq çağırışının da təsiri olduğunu bildirib.

Qeyd edək ki, Paraqvayda 1989-cu ildə diktatorluğa son qoyulduqdan sonra prezidentlərin ikinci dəfə namizəd olması qadağan edilmişdi. İkinci dəfə namizəd olmaq istəyən Kartesin qanunu gizli şəkildə konqresdə qəbul etdirməsindən sonra Paraqvayda ciddi etirazlar başlamış və konqres binası güllə-baran edilmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Aqil

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button