2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Xalqın mübarizləri həbs olunur, “çmo” ləqəblilər isə azadlıqda

Deyəsən, illərdir SOCAR-ı atasının mülkiyyəti kimi istismar edən Rövnəq Abdullayevin hakimiyyətin ən antipatik kadrı olduğunu prezidentə kimsə anlada bilmir. Koronavirusla mübarizə fondu yaradılıb və xalqdan pul yığılır, lakin Rövnəq Abdullayevin oğlu Türkiyədə bahalı partilər keçirdir. Atası Rövnəq isə şirkətin başına keçəndən bəri ölkənin ən böyük oliqarxlarından birinə çevrilib. Bütün nəsil-nəcabətinə əməlli-başlı gün ağlamağı da yaddan çıxarmayıb. Bütün görməmişlərini yığıb doldurub irili-xırdalı vəzifələrə. SOCAR-ın bütün mühüm şöbələrinə öz qohum-əqrəbasını yerləşdirib, dünyanın dörd tərəfində balalarına böyü-böyük şirkətlər açıb. Övladlarını o qədər əzizləyib ki, daha Xəzərin, Qara dənizin sahillərini bəyənmirlər, günəşlənmək üçün burdan vurub İbiza çimərliyinə gedirlər. Bəli, “papanın gül balası” Rəşadın saatını oğurlatdığı İspaniyadakı həmin o İbiza. Həmin o dillərə dastan, dünya mediasına gündəm olan 2 milyon avroluq saat. Həmin o saat ki, SOCAR-ın prezidenti oğluna aid olmadığını isbata yetirmək üçün bütün yalanlara əl atdı. Amma yalan da ayaq tutub yerimədi. Qısa zamanda saatın onun oğlu Rəşad Abdullayevə məxsus olduğu, necə, nə vaxt, hansı şəraitdə, kimlər tərəfindən oğurlandığı bütün detalları ilə üzə çıxdı. Nəticəsi nə oldu? Heç bir şey. Bu rüsvayçı qalmaqalla bağlı nə Rövnəq Abdullayevin SOKARI bir müzakirə açdı, nə də ölkə prezidenti dilini tərpədib bircə kəlmə söz dedi. İndi də heç nə olmamış kimi hər kəs öz yoluna davam etməkdə…

Saytların yığılması Saytlarin yigilmasi

Ölkə başçısı özünü görməzliyə vursa da, Rövnəq Abdullayevlə bağlı xalq arasında böyük narazılıq olduğu kimsəyə sirr deyil. Adam milyardlarla gəlir gətirən dövlət şirkətini borclandırıb salıb quyunun dibinə. Ölkənin bütünlükdə qazla təmin olunması haqqında verilən vədlər heç 80% də yerinə yetirilməyib. Regionlar o yana dursun, Bakının kəndləri belə qışda qazsızlıqdan qan ağlayır. Prezident bütün bunları bilmir guya? SOCAR-dan gəlib-gedən milyardların taleyi məlumdur. O milyardlardan Abdullayevin öz payına götürdüyü də kiçik məbləğ deyil hər halda. Əgər bir jurnalist araşdırması nəticəsində Rəşadın təkcə qol saatlarına 25 milyon manat xərclədiyi üzə çıxırsa, gerisini özünüz düşünün. Bəs İlham Əliyev nədən Rövnəq Abdullayevi belə ciddi-cəhdlə qoruyur və dəstəkləyir? Sizcə, Abdullayevin istefa məsələsi gündəmə gəldiyi bir məqamda haqqin.az saytına ard-arda yazılar yazdırıb onun müdafiəsini təşkil edənlər kim idi? Xalqın Abdullayevlərə olan antipatiyasını öyrənmək üçün, sadəcə, sosial şəbəkələrə göz atmaq kifayətdir. İlham Əliyev onları dəstəkləməklə o antipatiyanı öz üzərinə çəkdiyinin fərqində deyilmi? Fərqində olmamış deyil, amma ya bundan heç bir narahatlıq hissi keçirmir, ya da Abdullayevin milyardların taleyi ilə bağlı bildikləri müqabilində susub durur. Son günlər “islahat” söhbətlərini gündəmə gətirən, ona hakimiyyət daxilində əngəl törədənlərin olduğunu deyən prezident, əngəlləri aradan qaldırmaq üçün birinci elə Rövnəqlərdən başlamalı idi. Amma görünür ki, onun belə bir istəyi yoxdur. İslahat da elə baş qatmaq üçün bir imitasiya oyunudur. Ata Abdullayev, “çmo” ləqəbli Rəşad Abdullayev və sair… Baxın, bunlar bizim Əliyevlərin “komandasıdır”… 

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button