2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Xameney: Tehranın Vaşinqtonla münasibəti ABŞ-da kimin prezident olacağından asılı deyil


İranın ali rəhbəri ayətüllah Əli Xameneyi deyib ki, ABŞ seçkisində kimin qalib olacağı Tehranın Vaşinqtona münasibətini dəyişməyəcək.

1979-cu ilin 4 noyabrında Tehrandakı ABŞ səfirliyinin ələ keçirilməsinin və Amerika diplomatlarının girov götürülməsinin ildönümündən bir gün əvvəl danışan Xameneyi deyib İranın uzunmüddətli siyasəti ABŞ-da Trump-ın və ya Biden-in qalib gəlməsindən asılı olmayacaq.

Vaşinqton Tehranla diplomatik münasibətlərini həmin girövgötürmə aktından sonra kəsib. O vaxt ABŞ diplomatları 444 gün müddətində girov saxlanmışdılar.

Saytların yığılması Saytlarin yigilmasi

Xameneyi deyib ki, İranın Birləşmiş Ştatlara münasibəti ayrı-ayrı fərdlərin hərəkəti ilə müəyyən olunmur.

İran hakimiyyət orqanları builki ildönümü tədbirlərini koronavirus pandemiyasına görə ləğv edib. İranda indiyədək COVID-19-a yoluxmadan 36 min nəfər ölüb.

Son həftələrdə İranda yoluxmaların kəskin artımı baş verib.

 

Danışmağa qalsa, Trump-la da danışmaq olardı

Donald Trump Ağ Evə gəlişindən bəri İrana münasibətdə sərt siyasət yeridib. O ABŞ-ı birtərəfli qaydada 2015-ci ilin nüvə sazişindən çıxarıb.

Bu razılaşma İrana özünün nüvə fəaliyyətini məhdudlaşdırması müqabilində üzərindəki sanksiyaların qaldırılması imkanı verirdi.

ABŞ sazişdən çıxdıqdan sonra Tehran üzərinə Vaşinqtonun bütün sanksiyaları bərpa olunub.

Tehran buna cavab olaraq 2015-ci il sazişi üzrə öhdəliklərindən geri çəkilməyə başlayıb.

Biden ABŞ-ın 2015-ci il sazişinə yenidən qoşulacağını elan edib.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif noyabrın 2-də ABŞ-ın CBS telekanalına müsahibəsində deyib ki, Tehran Vaşinqtonun sazişə qayıtmasını istərdi, lakin “yenidən qoşulmaq heç bir halda yenidən danışıqlar deyil”.

Zərif deyib ki, İran belə bir danışıqları istəsəydi, onları Trump-la da apara bilərdi.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button