2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏDünya

Xameneyi hökumətin ‘yanlış qərarları’dan danışır

Mühafizəkar hökumət rəsmiləri irimiqyaslı problemləri adətən beynəlxalq düşmənlərin ayağına yazırlar

Saytların yığılması Saytlarin yigilmasi

İranın Ali dini lideri Əli Xameneyi ölkənin iqtisadi problemlərində hökumətin pis idarəçiliyinin də rolu olduğunu deyir. Adətən, İran hakimiyyəti problemlərə görə ABŞ və beynəlxalq sanksiyalarını ittiham edirdi.

Amma sərt-xətt tərəfdarı, ali dini və siyasi hakimiyyətə malik Xameneyinin rəsmi etirafdan daha çox, nisbətən mötədil öncəki hökuməti tənqid etmək niyyəti güddüyü görünür.

İqtisadi sahə rəsmiləri ilə görüşündə o, 2011-2021-ci illərdə ÜDM artımın, kapital cəlbi, inflyasiya, ev şəraitinin yaxşılaşdırılması məsələlərinin “qənaətbəxş olmadığını” vurğulayıb.

“Bu problemlərin əsas səbəbi təkcə sanksiyalar deyil, yanlış qərarlar və nöqsanlardır”, – Xameneyi vurğulayıb.

Hökumət “istehsalçılarla daha çox əməkdaşlıq etsəydi…”

Tehran 2015-ci ildə böyük ölkələrlə nüvə sazişi imzalamazdan öncə BMT, ABŞ və digər ölkələr İrana sanksiyalar tətbiq edirdilər. Birləşmiş Ştatlar 2018-ci ildə sazişdən çıxaraq sərt sanksiyaları bərpa elədi.

Mühafizəkar hökumət rəsmiləri irimiqyaslı problemləri adətən beynəlxalq düşmənlərin ayağına yazırlar.

“Hakimiyyət bu 10 il ərzində istehsalçılarla daha çox əməkdaşlıq etsəydi, ziyan az dəyər, uğurlar daha böyük olardı”, – Xameneyi vurğulayıb.

Keçmiş prezident Həsən Ruhani nüvə sazişinin əldə olunmasına kömək edib, iki müddət prezident postunda olub. Ötən il hakimiyyətə sərt xətt tərəfdarı, keçmiş prokuror İbrahim Rəisi gəlib.

Nüvə danışıqları

Ötən il ABŞ-da prezident postuna keçmiş Co Bayden isə 2015-ci il nüvə sazişinə qayıtmağın tərəfdarıdır. Ancaq Rəisi hakimiyyətə keçəndən sazişlə bağlı danışıqlar səngiyib, hazırda əsasən durğunluq vəziyyətindədir.

Fransa Prezidenti Emmanuel Makron yanvarın 29-da Rəisi ilə telefon söhbətində nüvə danışıqları sürətləndirməyin, İranın sazişə əməl etməsinin vacibliyini vurğulayıb.

Xameneyi çıxışında ölkədə hazırlanan maşınların və digər məhsulların aşağı keyfiyyətli olduğunu, qiymətlərin artması fonunda subsidiyaların yetmədiyini qeyd edib.

Son günlər dövlət qulluqçuları İranda küçələrə çıxaraq iqtisadi vəziyyətdən məyusluq bildirirlər.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button