2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Xameneyi məktəbli qızların kütləvi zəhərlənməsini ‘bağışlanmaz cinayət’ adlandırıb

İranın Ali dini lideri Ayətullah Əli Xameneyi ölkədə yüzlərlə məktəbli qızın son dörd ay ərzində aşkar zəhərlənməsini “bağışlanmaz cinayət” adlandırıb, buna görə “sərt cəzalandırma” vəd edib.

Saytların yığılması Saytlarin yigilmasi

“Hakim orqanlar məktəblilərin zəhərlənməsini ciddi araşdırmalıdır. Bu, bağışlanmaz cinayətdir… bu cinayətin arxasında duranlar sərt cəzalandırılmalıdır”, – dövlət mediası martın 6-da Xameneyidən belə bir sitat gətirib. Məlumatı “Reuters” yayıb.

+++

İranda məktəbli qızların tutulduğu, səbəbləri izah olunmayan xəstəlikləri işıqlandıran jurnalist saxlanıb. Əsasən mərkəzi Qum şəhərində qızlar arasında xəstəliklər yayılmaqdadır.

Həmkarının dediyinə görə, “Qom News” vebsaytından Əli Purtbatabaei martın 5-də ailə üzvünə zəng edərək saxlandığını deyib. Ancaq əlaqə kəsildiyindən o, əlavə məlumat verə bilməyib.

“Şərq” qəzetinin müxbiri Milad Alavi deyib ki, Purtbatabaei “axşam saat 8 civarında bacısına zəng edərək həbs xəbərini verib”.

İran hakimiyyəti vaxtaşırı vətəndaşları həbs edir, ancaq ailə üzvlərinə, tanışlarına günlərlə, bəzən həftələrlə məlumat vermir.

Purtbatabaei Twitter hesabında onun saxlanmasından sonra paylaşım edilməyib.

Çoxsaylı yerli xəbər agentlikləri Purtbatabaeini hansı qurumun saxlamasının, onun niyə hədəfə alınmasının, haraya aparılmasının aydın olmadığını bildirib.

Bu arada orta məktəb şagirdləri olan qızlar arasında kütləvi xəstəliklərin yayılması ictimaiyyəti qəzəbləndirir, hökumətin tənqidçiləri isə rəsmilərin hərəkətlərini sorğulayır.

İran Prezidenti İbrahim Rəisi bu ay təhqiqat aparılmasına göstəriş verib. Bəzi iddialara görə, kütləvi xəstələnmə 22 yaşlı Məhsa Əmininin ölümünə etiraz aksiyalarına görə şagirdlərə, qadınlara qarşı qisas hücumudur. Əmininin ötən sentyabrda hicabı düzgün bağlamadığına görə əxlaq polisi tərəfindən saxlandığı, 3 gün sonra vəfat etdiyi bildirilir.

Qumda şübhəli kütləvi xəstəlik barədə ilk məlumat noyabrda yayılıb. O zaman 18 məktəbli qız ürəkbulanma, başağrısı, öskürək, təngnəfəslik, ürək döyüntüsü, ətraflarında keyimə və ağrı simptomları ilə xəstəxanaya aparılmışdı.

Bu həftəsonu isə İranın azı 17 vilayətində onlarla şəhərdə məktəbli qızların xəstələnməsi xəbərləri gəlib. Bəziləri etiraz aksiyaları yatırdılan zaman ziyanlı qaz hücumlarıyla bağlı spekulyasiyalar edirlər.

Rəsmilər xəstəliklərin səbəbini müəyyənləşdirə bilməyiblər.

İslahatçılarla əlaqələri olan Qum Müəllimlər Seminariyası və Tədqiqatçılar Assosiasiyası bu yaxınlarda xəbərdarlıq edib ki, şagirdlərə hücumlar işsizlik, hökumətin səriştəsizliyi və “sistemin legitimliyi böhranı” nəticəsində “cəmiyyətin hökumətdən narazılığını yalnız gücləndirəcək”.

Portbatabaeinin saxlanma xəbərindən sonra iranlı media fəalı Ehsan Bodagi rişxəndlə yazıb:

“Nəhayət ki şagirdlərin zəhərlənməsinə görə bir nəfər saxlandı; Qomnews saytının administratorlarından olan Seyid Əlipur Tabatabai son 3 ayda zəhərlənmələr və onların araşdırılması xəbərlərinə görə ən çox izlənirdi”.

Nüfuzlu jurnalist və islahatçı Abbas Abdi isə tvitində yazıb ki, bu həbs “zəhərlənmələr ətrafında şaiyələri və xəbərləri nəinki azaltmır, əksinə, daha da pisləşdirir”.

24 saat” “
Xameneyi məktəbli qızların kütləvi zəhərlənməsini ‘bağışlanmaz cinayət’ adlandırıb
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button