2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Xameneyinin bacısı qızı rejimi pisləyib və həbs olunub

İran hakimiyyəti Ali dini lider Ayətullah Əli Xameneyinin bacısı qızını həbs edib. Fəridə Muradxani yaydığı videoda dayısının rəhbərlik etdiyi hakimiyyəti “qatil, uşaq öldürən rejim” adlandırmışdı.

Saytların yığılması Saytlarin yigilmasi

Muradxaninin ailəsi İranın dini rəhbərliyinə qarşı çıxır, o, daha öncə də bir neçə dəfə saxlanıb.

Qardaşı Mahmud Muradxani Twitter-də yazıb ki, bacısı ötən çərşənbə günü – noyabrın 23-də prokurorluğa çağrılandan sonra həbs olunub.

Qardaşının şənbə günü YouTube-da paylaşdığı videoda Fəridə Muradxani iranlıların “aydın və aşkar zülm”ə məruz qaldığını deyir, beynəlxalq ictimaiyyətin hərəkətsizliyini tənqid edir.

“Adamları azad edin, bizimlə olun! Hökumətlərinizə deyib ki, bu qatil, uşaq öldürən rejimi dəstəkləməsinlər”, – o deyir.

Həmin video daha öncə Twitter-də paylaşılıb.

“Bu rejim heç bir dini prinsipə sadiq deyil, gücdən başqa heç bir qanun-qayda tanımır, hər cür yollar hakimiyyətini saxlamağa çalışır”, – Muradxani videoda danışır.

Videonun nə vaxt yazıldığı bəlli deyil.

Onun sözlərinə görə, etirazçılara qarşı zorakılığa görə rejimə qoyulan sanksiyalar “gülməlidir”, iranlılar azadlıq uğrunda mübarizədə “tək” qalıblar.

Muradxani Xameneyinin bacısı Bədrinin qızıdır. O, 1980-ci illərdə, İran-İraq müharibəsi vaxtı ailəsi ilə münasibətlərini kəsərək İraqa qaçıb.

2021-ci ilin oktyabrında Muradxani bir video konfransda keçmiş şahbanu Fərəh Dibanı tərifləyirdi. Şah Məhəmməd Rza Pəhləvi 1979-ci il İslam İnqilabı nəticəsində devrilib.

Ölüm hökmünə qarşı fəal kimi tanınan Muradxani bu ilin yanvarında həbs olunub. O, apreldə zaminə buraxılıb. Ötən həftəki həbs isə Muradxaninin 15 illik həbs cəzasına çəkməyə başlayıb. Məlumatı İnsan Haqları Fəallaeının Xəbər Agentliyi yayıb.

Qadın fəala ittihamlar bəlli deyil.

BMT-nin İnsan haqları üzrə Ali komissarının məlumatına görə, İranda son etirazlarda 14 minədək insan həbs olunub. Etirazlara 22 yaşlı Məhsa Əmininin polisdə ölməsi səbəb olub. O, guya hicabı düzgün bağlamadığına görə saxlanıb.

Etirazlar yatırdılarkən azı 416 nəfərin, o cümlədən 51 uşağın öldürüldüyü bildirilir.

24 saat” “
Xameneyinin bacısı qızı rejimi pisləyib və həbs olunub
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button