2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Xanım deputatımızdan bunu gözləmirdim” – QHT sədrindən millət vəkilinə etiraz

“Çox şadam ki, Elmira xanımı qadına qarşı zorakılıq problemi narahat edib”

Xəbər verdiyimiz kimi, Milli Məclisin dünənki iclasında deputat Elmira Axundova ölkədə məişət zorakılığının artmasından narahatlığını bildirərək,   ağır cinayət törədənlərə, həyat yoldaşının başını kəsənlərə, azyaşlıları zorlayanlara qarşı ölüm hökmünün bərpa edilməsini təklif edib.
Moderator.az məişət zorakılığına məruz qalmış qadınların problemlərinin həlli ilə yaxından məşğul olan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovadan deputat Elmira Axundovanın təklifinə münasibət öyrənib.
Mehriban Zeynalova ölüm hökmünün bərpasının ləğvinə səs verən deputat tərəfindən təklif edilməsini təəccüblə qarşıladığını bildirib:
“İlk öncə deyim ki, Azərbaycan hökuməti insan haqları prinsiplərini rəhbər tutaraq hər zaman öz qanunvericiliyində insan faktorunu yüksəkdə saxlayır və ölüm hökmünü də ləğv edən demokratik dövlətlərdəndir. Bəzən bu yönümdə təkliflərin səslənməsi, həm də qanunverici oqranın nümayəndələri tərəfindən səsləndirilməsi təəcüb doğurur. Bildiyim qədər, əgər unutmamışamsa, Elmira xanım elə ölüm hökmünün ləğvi ilə bağlı da səs verib. Yanılıramsa, bağışlasın. Onu anlamaqda çətinlik çəkirəm ki, axı biz niyə bu qədər qəddar və radikal addımlara əl atmağa üstünlük veririk?!
Sözün düzü, çox şadam ki, Elmira xanımı qadına qarşı zorakılıq problemi narahat edib. Amma biz nəyə görə qabaqlayıcı sivil metodlara əl atmayaq? Bunun,  hətta qətllərin belə qarşısını almaq üçün cox effektiv üsullar var axı”.
QHT sədri qadınlara qarşı zorakılıqla mübarizə aparmasına baxmayaraq ölüm hökmünə qarşı olduğunu vurğulayıb:
“Düşünürəm ki, bu təklif insan haqlarına ziddir. Biz humanistik, öldürən, asan deyilik. Hər bir insanın etdiyi cinayətə görə cəzasını cəkib, etdiyi əməldən peşiman olması üçün muhit lazımdı. Mən qadına qarşı hər cür zorkılığı pisləyən və hər zaman buna etiraz edən tərəfəm. Lakin hələ indiyə kimi bu etirazıma baxmayaraq ölüm hökmü tələbini səsləndirməmişəm. Bunu sıradan bir insan deyə bilər. Lakin qanunverici orqana secilmiş və xanım olan hörmətli deputatımızdan gözləmirdim. Bu təklifin qəti əleyhinəyəm. Bir az özümüzə əziyyət verib, daha uğurlu vasitələr tapmağımız və müzakirə etməyimizə ehtiyac var”.
Xatırladaq ki, Azərbaycanda ölüm hökmü Avropa Şurasının istəyi ilə 1998-ci il fevral ayının 10-da ləğv edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button