2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Xanımı: Taleh Bağırzadə 14 gündür aclığı davam etdirir

“Taleh Bağırzadə dedi ki, evi, ailəsilə telefonla danışmaq istəyir, amma ona imkan verilmir”

“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadənin saxlanıldığı Qobustan həbsxanasında 14 gündür aclığı dava etdirdiyi bildirilir.

Bu barədə onun həyat yoldaşı xəbər verib. Leyla İsmayılzadə Meydan TV-yə deyib ki, iki gün əvvəl həyat yoldaşı ilə görüşüb. Onun sözlərinə görə, həbsxana rəisinin otağında baş tutan beş dəqiqəlik görüşdə T.Bağırzadə solğun və əsəbi olub:

“Yanvarın 28-dən sonra Taleh Bağırzadədən heç bir xəbərimiz yox idi. Nə evə zəng edirdi, nə vəkillə görüşürdü. Ona görə də Taleh Bağırzadənin atası ilə birlikdə həbsxanaya getdik. Bildirdik ki, bu adamın taleyindən nigaranıq. Bizi rəis Aftandil Ağayev özü qəbul elədi, daha sonra Taleh Bağırzadəni də çağırtdırdı. Onların arasında mübahisə yarandı. Çünki rəisin deyindən belə çıxır ki, Talehgilə heç bir təzyiq yoxdur, o, elə özxoşuna evə zəng eləmir, vəkillə görüşmür.

Saytların yığılması Saytlarin yigilmasi

Taleh Bağırzadə də dedi ki, bu qədər yalan olmaz.

Evi ilə, ailəsilə telefonla danışmaq istəyir, amma ona imkan verilmir. Bildirdi ki, özünə qarşı əziyyətlərə, Abbasa, Cabbara qarşı (Nardaran hadisələri zamanı T.Bağırzadə ilə birlikdə həbs olunan Abbas Hüseynov, Cabbar Cabbarov) zülmlərə etiraz olaraq, aclıq aksiyası keçirir. Biz fevralın 12-də görüşdük, onda dedi ki, 12 gündür aclıq edirəm və davam etdirəcəm”, – deyə ilahiyyatçının həyat yoldaşı bildirib.

Onun sözlərinə görə, həyat yoldaşı həbsxana rəisinin olmuş hadisələri inkar etməsinə dözməyərək, təxminən beş dəqiqə sonra görüşü tərk edib. L.İsmayılzadə bildirir ki, həyat yoldaşı evə adətən həftənin bazar ertəsi və cümə axşamı günləri zəng eləyirdi. Fevralın 14-də də zəng günü idi, amma etməyib:

“Biz orada olanda rəis bircə olu dedi ki, bazar ertəsi həbsxanada işıqlar sönüb, naqillərdə problem yaranıb, başqa məhbuslar da telefonla danışa bilməyib. Bəs ondan əvvəlki günlərdə niyə zəng eləmirdi? Taleh Bağırzadənin anasının səhhətində problemlər var, əməliyyat olunub. O adam ən azı, anasını nigaran qoymazdı. Rəisin özünə də dedi ki, siz qoymursuz, bizə edilən əziyyətləri də siz elətdirirsiz. Xüsusən Cabbara verilən işgəncələrə görə çox əsəbi idi və bildirdi ki, aclıq etməsinin əsas səbəbi özündən daha çox ona edilən zülmdür”.

Penitensiar Xidmət isə Nardaran məhbuslarının təzyiqlərə məruz qalması, Qobustan həbsxanasında aclıq etmələri barədə xəbərləri təkzib edir. Bildirilir ki, Penitensiar Xidmətin tabeliyində olan heç bir müəssisədə hazırda aclıq edən yoxdur.

T.Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin ölümü ilə nəticələnmiş polis əməliyyatı nəticəsində həbs olunub. Ona və həmin vaxt həbs olunan digərlərinə qarşı qəsdən adam öldürmə, terrora çağırış, dövlət çevrilişinə cəhd də daxil olmaqla, 20-dən çox ağır maddə ilə ittiham irəli sürülüb. İlahiyyatçı 20 il azadlıqdan məhrum edilib. Onunla birlikdə həbs olunan digər şəxslərə də 10 ildən 20 ilə qədər həbs cəzası verilib.

T.Bağırzadə özünü təqsirli bilmir, ittihamların yalan olduğunu, polislərin evdə namaz qıldıqları vaxt insanlara silahlı hücum edib, altı nəfəri qətlə yetirdiyini bildirir.

İranda Azərbaycanda həbs olunan dindarlarla bağlı aksiya keçirilib. Etirazçılar Taleh Bağırzadənin və digərlərinin azadlığını tələb ediblər.

“Operativ.tv”-nin yazdığına görə, İraq Alimlər Şurasının Baş Katibi Doktor Şeyx Yusif Nasiri hacı Taleh Bağırzadə barəsində Azərbaycan hökumətinə səslənib.

“Şərafətli, azad insanların və İraq xalqının adından insan hüquqlarının təmin olunması, iki dövlət, xalq arasında əlaqələrin davam etməsi və beynəlxalq müqavilələrə ehtiram naminə, Azərbayan Respublikası hakimiyyətindən, Hacı Taleh Bağırzadəni tezliklə zindandan azad etməsini tələb edirik. Çünki Hacı Tale Bağırzadə sizin alimlərinizdən və ictimai xadimlərnizdən biri və əsl vətəndaşlıq nümunəsidir. Biz belə hesab edirik ki, bu şəxsi dəyərləndirmək sizin hörmətli hökumətinizin zəruri addımlarından biri olmalıdır. Hacı Taleh kimi şəxslər, dövlətlər və xalqlar arasında əlaqələrinizin qurulmasında mühüm rola malikdirlər. Həmçinin ikitərəfli əlaqələrimizin qorunması üçün Taleh Bağırzadənin tezlikə azad olmasını sizdən xahiş edirik”.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button