2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Xankəndi problemini həll etsək, sülh daha tez olacaq”

Ermənistan Qarabağla Bakı arasında danışıqların beynəlxalq səviyyədə görünən mexanizm çərçivəsində aparılmasının tərəfdarıdır və bu mexanizm sülh müqaviləsində qeyd oluna bilər. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu barədə fevralın 14-də İrəvanda keçirdiyi brifinqdə bildirib.

“Ermənistan Stepanakertlə (Xankəndi – red.) Bakı arasında beynəlxalq səviyyəli mexanizm çərçivəsində danışıqların aparılmasının tərəfdarıdır. Ermənistan bu mexanizmin işləməsi üçün beynəlxalq tərəfdaşları ilə əməkdaşlıq etməkdə davam edir. Bu mexanizm, danışıqlar aparılan sülh müqaviləsində nəzərdən keçirilə bilər. Bu, digər beynəlxalq strukturlar və ya fərqli format da ola bilər. Bu müzakirə mövzusu hələlik konkret deyil və onun aydın olması üçün biz müzakirəni davam etdirməliyik”, – Qriqoryan deyib.

Yəni, Ermənistanın yanaşması hələ də ondan ibarətdir ki, Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi ilə bağlı Xankəndi ilə Bakı arasında danışıqlar üçün beynəlxalq səviyyəli mexanizm yaratmaq lazımdır.

Saytların yığılması Saytlarin yigilmasi

Ermənistan tərəfi təklif etdiyi sülh müqaviləsinin mətninə cavab alıb. İndi erməni tərəfi bunun üzərində işləyir. Təhlükəsizlik Şurasının katibi hesab edir ki, mətn ən qısa zamanda hazır olacaq və Ermənistan tərəfi onu Azərbaycana təqdim edəcək.

Qriqoryan müzakirə olunan mətndə Qarabağın adının çəkilib-çəkilməməsi ilə bağlı suala müsbət cavab verib. Bununla belə, Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, bu sənədin hələ yekun olmadığını, danışıqların davam etdiyini nəzərə almaq vacibdir.

Beləliklə, Qriqoryan deyir ki, hazırlanan sülh müqaviləsinin mətninə Qarabağla bağlı bəndlər daxil etmək istəyirlər. Bakının dəfələrlə sərt şəkildə belə bir varianta qarşı çıxmasını, bunu öz daxili işinə qarışmaq kimi qiymətləndirməsini nəzərə alsaq, bu, çox maraqlıdır. Azərbaycan rəhbərliyinin indi hansısa səbəbdən bu məsələdə mövqeyini  dəyişməsi mümkün ola bilərmi? Yəni, sülh razılaşmasını mümkün qədər tez imzalamaq naminə buna hazırdırlar? Belə bir variant mümkündür? Bəlkə Ermənistan Azərbaycanın sazişin yekun mətnində Qarabağla bağlı müddəalarla razılaşmayacağını bilə-bilə danışıqları daha da yubatmaq üçün israr etməkdə davam edir?

Press Klubun suallarını politoloq, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl cavablandırıb.

O qeyd edib ki, Azərbaycan Ermənistana sülh müqaviləsinin yeni mətnini təqdim edib. “Əvvəlki beş prinsip bizə məlumdur. Əgər yeni sülh sazişinin mətni verilibsə, deməli, əvvəlki mətndə dəyişiklik olub. Əks halda, Azərbaycan mətndə heç bir dəyişiklik olmadığını bəyan edərdi. Ola bilsin, mətnə ​​Qarabağla bağlı bəndlər əlavə olunub. Amma bu əlavələr özündə ən çoxu Qarabağ ermənilərinin hüquqları və təhlükəsizlik prinsiplərini ehtiva edə bilər. Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, heç bir statusdan söhbət gedə bilməz. Yəni, inzibati ərazi bölgüsü əsasında müəyyən muxtariyyət statusunun verilməsi öncə Azərbaycanın, sonra isə dövlət başçısının mövqeyinə zərbə olacaq. Azərbaycan bu fundamental məsələdə mövqeyini dəyişə bilməz”, – İ.İsmayıl hesab edir.

Ekspert sual edir ki, əgər bu sülh müqaviləsi sülh gətirmirsə, onu imzalamaq nəyə lazımdır? Belə bir razılaşma kağız üzərində qalacaq. Əsas məsələ həll olunmalıdır: Azərbaycan öz ərazi bütövlüyünün faktiki reallaşmasını təmin etməlidir. Məsələn, Yaponiya İkinci Dünya Müharibəsindən bəri Rusiya ilə hələ də sülh müqaviləsi imzalamayıb.

“Ermənistan sülh müqaviləsi bağlayarkən Azərbaycanın ərazi bütövlüyünü tanıyır, lakin problem bununla bitmir. Moskvanın idarə etdiyi separatçı rejimə son qoyulmalıdır. Müqavilənin bağlanması tezliklə baş verməyəcək. Biz artıq 27 aydır Rusiyanın vasitəçiliyi ilə davam edən bu prosesin daha bir nəticəsiz görüşlərinin, danışıqlarının şahidi olacağıq. Biz Xankəndi problemini həll etməliyik, delimitasiya, demarkasiya işləri sonra aparıla bilər.

Ermənistan hakimiyyəti sülh müqaviləsi imzalamağa çalışır. Lakin daxildəki revanşist qüvvələr və ən əsası, Moskva bu işi ləngidir. Kreml Ukrayna müharibəsinin getdiyi bir vaxtda Qarabağ münaqişəsinə xüsusi diqqət ayıra bilməsə də, hələ də tərəflərə təsir etmək imkanına malikdir. Bu gün Moskvanın əsas sütunu separatçı rejimdir. Ona görə də Azərbaycan Qarabağdan başlamalıdır. O zaman sülh müqaviləsi tezliklə imzalanacaq”, – deyə ekspert yekunlaşdırıb.

Rauf Orucov

The post “Xankəndi problemini həll etsək, sülh daha tez olacaq” appeared first on 24 saat.

24 saat” ““Xankəndi problemini həll etsək, sülh daha tez olacaq”” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button