2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Xankəndi şəhərində aksiya keçirilib

Dekabrın 25-də Azərbaycanın Xankəndi şəhərində erməni sakinlər mitinq keçirib. Bu barədə AzadlıqRadiosunun erməni xidməti “Azatutyun” məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumatda qeyd olunur ki, aksiya iştirakçıları Laçın yolunun açılmasını tələb ediblər.

Mitinqdə çıxış edən Qarabağdakı separatçı qururmin “dövlət naziri” Ruben Vardanyan bildirib ki, yerli erməni əhalisinin qarşısında üç seçim var.

“Birinci variant ondan ibarətdir ki, biz tabe olaq və gec-tez yavaş-yavaş Azərbaycana inteqrasiya edək. İkinci seçim, biz buradan ayrılırıq. Üçüncüsü – biz döyüşürük”-Azatutyun yazır.

Sentyabrın 2-də Qarabağa köçməklə bağlı qərar verdiyini deyən Vardanyan “mən buradayam, döyüşürəm və Azərbaycanın şərtlərinə tabe olmayacağam. Biz onlara qarşı durmalıyıq, gücümüzlə müqavimət göstərməliyik”, – Azatutyun Vardanyanın mitinqdəki çıxışından sitat gətirir.

Xankəndidə səslənən bu fikirlərə hələki Azərbaycan rəsmilərinin münasibəti bəlli deyil.

Laçın yolunda yaşananlar…

Dekabrın 12-dən bir qrup Azərbaycan vətəndaşı Ermənistanı Qarabağla birləşdirən Laçın yolunun Şuşa şəhərinin yanından keçən hissəsində növbəli aksiya keçirir.

Ermənistan tərəfi Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və “humanitar böhran” yaratmaqda ittiham edir.

Rəsmi Bakı isə bildirir ki, aksiyaçılar sərbəst toplaşmaq hüququna malikdirlər.

Etirazçıların sözlərinə görə, yolu onlar yox, Rusiya sülhməramlıları bağlayıblar və bundan başqa humanitar və təcili tibbi yardım maşınlarının yoldan keçməsinə də aksiya iştirakçıları heç bir maneə yaratmırlar.

Bakı Qarabağdakı tanınmayan qurumu və Ermənistanı Azərbaycanın təbii sərvətlərini qanunsuz istismar etməkdə ittiham edir.

Dekabrın 24-də etdiyi çıxışında Prezident İlham Əliyev ilk dəfə Laçın yolundakı aksiya ilə bağlı məsələyə münasibət bildirib.

Əliyev Azərbaycanın tələblərinin haqlı olduğunu vurğulayaraq deyib ki, ictimaiyyətin, dövlət qurumlarının nümayəndələri mədənlərdə monitorinq keçirməli, oradakı “qanunsuz fəaliyyət dayandırılmalıdır”.

Qarabağdakı separatçı rejimin nümayəndələri isə baş verənləri ‘ekoloji yox, siyasi məsələ’ hesab edirlər.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button