2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Xankəndində qazın kubu 1 manatı ötdü

“DQR” rejimi işğal altında qalan torpaqlarımızdakı ermənilərə yanacağı Ermənistandakından ikiqat artıq qiymətə satır…

Dağlıq Qarabağın qazdoldurma stansiyalarında qazın qiyməti erməniləri yandırır.  Xankəndi və Şuşada mavi yanacağın qiyməti İrəvandakından 2 dəfədən çox yuxarıdır.
Moderator.az bu barədə erməni mediasına istinadən xəbər verir. Əgər Ermənistanda qazın 1 kubmetri 170-200 dramdırsa (təxm. 60-70  qəp.), işğal altındakı Azərbaycan bölgələrində bu, 350-370 manat (təxm. 1,2-1,3 AZN) təşkil edir.  “Qraparak” qəzetinin yazdığına görə,  bu problem barədə bir neçə ildir “DQR” “parlament”inin müxalifətdə olan “deputatları” da danışır. Ancaq məsələ həll olunmur. Qiymətlər qalxdıqca qalxır.  DQ-nın qazdoldurma stansiyaları qazı “Qazprom Armeniya”  şirkətindən elə Ermənistandakı qiymətə alır.  Amma  sürücülər  burada daha baha və keyfiyyətsiz qaz satıldığını söyləyirlər.  “İki il öncə “DQR” “hökuməti” qaz probleminin öyrənilməsi üçün komissiya da yaradıb. Lakin heç nə dəyişməyib”- deyə erməni nəşri vurğulayır.
Göstərilən faktlar  Ermənistanın işğalçı hakimiyyəti və onun himayədarlarıyla birgə Xankəndində qondardığı separatçı rejimin gələcəyi olmayan korrupsioner mahiyyətini bir daha açıqlayır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button