2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Xankəndində yaralılara yer çatışmır” – Polkovnik Ramaldanov

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Movses Akopyanın son müsahibəsində növbəti dəfə düşmən ölkənin zəifliyini hiss etdim.

Bunu Azərtac-a müsahibəsində hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Ş.Ramaldanov bildirib ki, “biz müasir silahlarla silahlanmışıq” absurd fikrini irəli sürən bədnam baş qərargah rəisi sözlərini heç bir real faktla əsaslandırmır. “Biz hərbi sənayemizi artıq inkişaf etdirir və orda yeni texnologiyaları tətbiq edirik” fikri isə yalnız ikrah hissi doğurur. Çünki ermənilərin “yeni texnologiyalar”dan istifadə etmələrinin düşmən tərəfindən kustar üsulla hazırlanmış partlayıcı qurğunun Tovuz rayonu ərazisinə atılması zamanı şahidi olduq. Budur onların yeni texnologiyaları?

Akopyan misal çəkərək deyir ki, “mən kabinetimdə oturub ön xətti izləyə bilirəm”. Sadə və bəsit bir məntiqdir. İndi mövcud olan texnologiyalarla ön xətti izləmək elə də çətin bir proses deyil. Hazırda hətta dayələrin fəaliyyətini də onlayn izləmək üçün ailələrdə imkan var.

O, çıxışında həqiqətə uyğun bir ifadə işlədir. Deyir ki, “güclü dövlət güclü ordusuz olmur, iqtisadi cəhətdən güclü dövlətin güclü ordusu olur”. Əgər bu fikri Ermənistanın indiki iqtisadi vəziyyəti ilə müqayisə etsək görərik ki, işğalçı ölkənin ordusunun da, iqtisadiyyatının da vəziyyəti nə yerdədir. Əlavə şərhə heç bir ehtiyac qalmır.

Ş.Ramaldanov bildirib ki, Ermənistanda işsizlik səviyyəsinin günbəgün artması, iqtisadi tənəzzül, əhalinin ölkəni, o cümlədən işğal olunmuş Dağlıq Qarabağ bölgəsini tərk edərək xaricə qaçması ermənilərin necə acınacaqlı vəziyyətdə olmalarına əyani nümunədir. Bu cür ağır iqtisadi, siyasi və sosial vəziyyətdə olan dövlətin ordusu necə güclü ola bilər? Orada hansı güclü ordudan söhbət gedə bilər?

Bədnam baş qərargah rəisi aprel döyüşlərində iştirak edən erməni əsgərlərinin “şücaətindən” dəm vurur. “Məncə, o, silahlı qüvvələri barədə obyektiv məlumatdan tam xəbərsizdir. Hamımızın yaxşı yadındadır ki, məhz Movses aprel hadisələrindən sonra canını qurtarmaq üçün Yerevana qaçaraq Serj Sarkisyana sığındı. Əks-təqdirdə onun fiziki ölümü qaçılmaz olacaqdı. Bu məqamda onun erməni məntiqi dadına çatır. Döyüşdə uduzan, mövqeləri tərk edib qaçan, itki verən erməni tərəfi ola-ola, yenə də yalanı həqiqət kimi öz “məzlum” xalqına sırıyır”.

Azərbaycan Ordusunun ötən ilin aprelində apardığı hərbi əməliyyatların əsas məqsədi təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrinin, mülki əhalinin təhlükəsizliyini təmin etmək idi. Əsgərlərimiz bu tapşırığı layiqincə yerinə yetirdilər. O vaxtdan vəlvələyə, təşvişə düşən düşmən tərəfi hələ də özünə gələ bilməyib.

Bu gün Ermənistan ordusunu Azərbaycan Ordusu ilə müqayisə etməyin yersiz olduğunu deyən Ş.Ramaldanov qeyd edib ki, son günlər cəbhədə erməni tərəfinin verdiyi itkilər barədə məlumatlar gəlməkdədir. Qarşı tərəf verdiyi canlı itkiləri gizlətmək məcburiyyətində qalıb. O da məlumdur ki, Xankəndindəki tibb müəssisələrində yaralılara yer çatışmır. Buna görə də onlar Yerevana təxliyə olunur. Bu, bir daha sübut edir ki, Ermənistan rəhbərliyi öz çirkin əməllərindən əl çəkməyib. Cəbhə xəttində verilən itkilər artıq Ermənistan ictimaiyyətini də narahat edir. Bilirlər ki, onlar hərbi cəhətdən irəliləyişə nail ola bilməyəcəklər. Qoy M.Akopyan nə deyir-desin, həqiqət ondan ibarətdir ki, Azərbaycan Ordusu bu gün Ermənistan silahlı qüvvələrindən qat-qat üstündür. Düşmənin mənəvi-psixoloji vəziyyətindən də tam xəbərdarıq.

Hərbi ekspert vurğulayıb ki, biz daim ayıq-sayıq olmalı, döyüş qabiliyyətimizi yüksək səviyyədə saxlamalı, erməni təxribatlarının qarşısını layiqincə almağa hazır olmalıyıq. Şəhid Çingiz Qurbanovun qəhrəmanlığı hamımız üçün nümunədir. O, döyüş mövqeyində möhkəm dayandı, düşmən təxribatının qarşısını qanı və canı bahasına layiqincə aldı. Şəhid Çingiz Qurbanovun atası Salman kişi də Ali Baş Komandana öz təşəkkürünü bildirərkən, “mən də və ikinci oğlum da Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün əmrinizi gözləyirik” deməsi buna əyani sübutdur.

“Müdafiə Nazirliyinin rəhbərliyi də daim cəbhə bölgəsində olur. Əminəm ki, ordumuz bundan sonra da Ermənistanın hər hansı bir təxribatına daha sərt və qətiyyətli cavab verəcək. Üstünlük Azərbaycanın tərəfindədir. Azərbaycan cəmiyyəti də Silahlı Qüvvələrin Ali Baş Komandanının ətrafında sıx birləşib. İstər hərbçi olsun, istərsə də mülki şəxs, gənci də, yaşlısı da, hamımız o anı, əmri gözləyirik.

Ermənistan ordusunun baş qərargah rəisinin çıxışı isə boş-boşuna havaya buraxılan sabun köpüyündən başqa bir şey deyil. Biz real vəziyyətin nə yerdə olduğunu yaxşı bilirik”, – deyə Ş.Ramaldanov bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button