Gündəm
Xaqani parkında abadlıq işləri başa çatıb
Bakının mərkəzində “Malakan bağı” kimi tanınan Xaqani parkında abadlıq işləri başa çatıb.
Sentyabrın 14-də prezident İlham Əliyev bu parka gedib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlət başçısına məlumat verib ki, Xaqani parkının ərazisi genişləndirilib, istirahət guşəsinin ətrafındakı Rəsul Rza, Qoqol və Xaqani küçələrində avtomobil yolları ləğv edilərək piyadaların istifadəsinə verilib. Ümumi ərazisi 1,4 hektar olan bağın ərazisində yaşıllaşdırma, işıqlandırma işləri görülüb, müasir oturacaqlar quraşdırılıb, uşaq əyləncə zonası yaradılıb və ətrafda olan yaşayış binalarında təmir-bərpa işləri aparılıb.