iqtisadiyyatİqtisadiyyat

Xaricdən ət idxalı da artır, elə ətin qiyməti də…

Azərbaycanın xaricdən ət idxalında artım müşahidə edilib. Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, cari ilin yanvar-oktyabr ayları ərzində 62,6 milyon dollar dəyərində 33,806 min ton ət alınıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 7,8 milyon dollar və ya 1,342 min ton çoxdur. Belə ki, 2021-ci ilin 10 ayında ölkəyə dəyəri 54,8 milyon dollar olmaqla 32,464 min ton ət idxal edilib.

Statistik rəqəmlərdən də bəlli olur ki, son zamanlar xaricdən ət idxalı artıb. Qeyd edək ki, ölkəmizdə də ət istehsalı yetərincədir. ancaq buna baxmayaraq, son bir ildə demək olar ki, hər ay ətin qiyməti artır. Məlumat üçün bildirək ki, ötən ayla müqayisədə mal ətinin qiyməti12 manatdan 15 manata yüksəlib.

Bildirək ki, ətlik və südlük istiqamətli damazlıq heyvanların alışı zamanı ümumi dəyərin 60 faizi dövlət tərəfindən ödənilir. Bu mexanizm ölkədə xaricdən gətirilmiş südlük və ətlik istiqamətli damazlıq heyvanlardan ibarət təsərrüfatların sayının artmasına ciddi təsir göstərib, o cümlədən hər il diri çəkidə ət istehsalı və süd istehsalının artmasına səbəb olur. Dövlət dəstəyi mexanizmlərinin təsiri sayəsində bu ilin yanvar-oktyabr aylarında ölkədə ötən ilin müvafiq dövrü ilə müqayisədə diri çəkidə ət istehsalı 2,9 faiz, süd istehsalı 1,6 faiz artıb.

“Dana ətinin bahalaşması əsasən yemin qiymətinin qalxması ilə bağlıdır”

Iqtisadçı ekspert Natiq Cəfərli qeyd etdi ki, dana ətinin bahalaşması əsasən yemin qiymətinin qalxması ilə bağlıdır: “Digər tərəfdən, bu artıma baytarlıq xidmətlərin, dərmanların, iynələrin bahalaşmasının da təsiri var. Bundan əlavə, əgər digər məhsulların qiyməti qalxırsa, ət istehsalçıları da öz ehtiyaclarını ödəmək üçün qiyməti qaldırmaq məcburiyyətindədirlər. Digər sahələrdə qiymət artırsa, təkcə ətin qiymətinin qalxmaması məntiqsizlik olardı. Alıcılar həmişə istəyirlər ki, qiymətlər ucuz olsun. Amma digər məhsulların bahalaşması ət istehsalçılarının da qiyməti artırmasına səbəb olub.

Məlumdur ki, dünya bazarlarında da yemin qiymətində kifayət qədər bahalaşma var. Son 1 ildə əsasən qarğıdalı, arpa və digər dənli bitkilərin qiymətində 40 faizə yaxın bahalaşma var. Bu, Azərbaycana təsirsiz ötüşmür. Ölkə daxilində yem istehsalçıları da qiymətləri qaldırır”.

The post Xaricdən ət idxalı da artır, elə ətin qiyməti də… appeared first on 24 saat.

24 saatXaricdən ət idxalı da artır, elə ətin qiyməti də…” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button