2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Xaricdə dini təhsil alanlara qoyulan qadağalar qismən götürülür

6 ay əvvəl qabul edilən qadağa yumşaldılır

Saytların yığılması Saytlarin yigilmasi

“Xaricdə dini təhsil alan şəxslər var ki, illərlə oxuyub Azərbaycana qayıtdıqda onlar öz baxışlarını da buraya gətirir, onu təbliğ etməyə çalışırlar”.

Bunu aprelin 24-də İctimai birliklər və dini qurumlar komitəsinin iclasında “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik müzakirəsi zamanı komitə sədri Siyavuş Novruzov səslənidirb. O bildirib ki, Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini ayinlərin icrası ilə bağlı bəzi qadağalar aradan götürülür. Qüvvədə olan qanuna görə, hazırda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır. Bu qadağalar ötən ilin oktyabrın ayında qəbul edilib.

S.Novruzov deyib ki, bu qadağa digərlərinni də fəaliyyətinin məhdudlaşmasına səbəb olub.

“Amma Vətənini sevən, tək dini deyil, dünyəvi təhsil alan şəxslər də var ki, biz bununla onların da fəaliyyətini məhdudlaşdırmış olmuşduq. Nəticədə onlar ya Azərbaycandan gedirdilər, ya da başqa qruplarda fəaliyyətlərini davam etdirirdilər. Biz çalışmalıyıq ki, belə vətəndaşların bacarıqlarından, savadlarından istifadə edilsin. Qadağalar qəbul ediləndən sonra müxtəlif dini icmalardan müraciətlər də oldu. Düşünürük ki, həqiqətən dünyada elə qəbul edilmiş dini mərkəzlər var ki, onların nümayəndələrinin Azərbaycanda dinlə bağlı həqiqi ayinlər icra etməsi məqsədəuyğundur” – komitə sədri qadağanın qismən aradan qaldırılmasını belə izah edib.

Siyavuş Novruzov
Siyavuş Novruzov.

Təklif olunan yeni dəyişiklikdə isə qadağaların dini mərkəz tərəfindən dəvət edilmiş din xadimlərinə aidiyyatı aradan qaldırılır. Digər əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması ilə bağlı qadağalar isə olduğu kimi qalır. Belə ki, Qafqaz Müsəlmanları İdarəsi xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarını müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla islam dininə aid ayin və mərasimlər aparmasına icazə verə bilər.

Həmçinin qanunda Azərbaycan vətəndaşlarının xaricdə dini təhsil alması ilə bağlı yeni qaydalar da müəyyənləşdirilir. Təklifə olunan bəndə əsasən, vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsi, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla dini mərkəz tərəfindən həyata keçirilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub. Dəyişikləti uyğunlaşdırma məqsədilə müvafiq olaraq Cinayət Məcəlləsinin müvafiq maddələrində də dəyişiklik edilir.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button