2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saatManşetİqtisadiyyat

Xarici borcumuz niyə artır – RƏSMİ CAVAB

“Azərbaycanın xarici dövlət borcu devalvasiyadan sonra manatla ifadədə 2 dəfə artıb. Naşı adamlar Azərbaycanın xarici dövlət borcunun məbləği ilə bağlı manupulyasiya edirlər”.

24saaat.org xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

“2018-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən maliyyə naziri Samir Şərifov qeyd edib ki,  Azərbaycanın xarici borcunun artmasının üç əsas səbəbi var. “Bunlar devalvasiya ilə bağlı xarici borcun ÜDM-ə nisbətin artması, maliyyə-bank sisteminin sağlamlaşdırılması üçün görülən tədbirlər və “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı verilən dövlət zəmanətidir”.

Nazir bildirib ki, son iki-üç il Azərbaycan üçün çox ağır və sınaq illəri olub: “Həmin illər ərzində biz müəyyən xərclərə getməli idik. Maliyyə-bank sektorunda yaranmış problemlərin həlli üçün böyük məbləğdə vəsait xərclənib. Bizim borcumuz xarici valyutada götürülür. ÜDM isə 3 il bundan əvvəl manatla ifadə olunurdu, məzənnə də bəlli idi. Devalvasiyadan sonra bizim ÜDM dollarla ifadədə azalıb. Xarici borcumuz ÜDM-ə nisbəti iki dəfə artıb”.

Saytların yığılması Saytlarin yigilmasi

Xarici borcun armasının səbəblərindən biri də maliyyə-bank sektorunun sağlamlaşdırılması, xüsusilə də “Azərbaycan Beynəlxalq Bankı” ASC-də olan maliyyə cinayətlərinin nəticəsində dövlətə gələn böyük zərbə ilə bağlıdır.

“Bu günə qədər bankın kreditorlar qarşısında borcunu 20 faizə qədər azaltmışıq. Bu da uzun müddətli danışıqlar nəticəsində əldə edilib. Bir qrup kreditor var ki, bu məsələnin tənzimləməsi şərtləri ilə razı deyil. Lakin biz professional şirkətlərlə işləyirik. Həmin maliyyə sağlamlaşdırılması ilə bağlı 2,3 milyard dolları dövlət öz üzərinə götürüb. Təkcə bu tədbir hesabına bizim borcumuz 31 faiz artıb”.
Samir Şərifov xarici dövlət borcunu artıran üçüncü səbəbin Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi ilə bağlı olduğunu bildirib.

Qeyd edək ki, Maliyyə Nazirliyinin hesabatına görə, bu ilin əvvəlinə Azərbaycanın xarici dövlət borcunun məbləği 12 milyard 241.3 milyon manat olub. Ekspertlərin bildirdiyinə görə borc bundan çoxdur..

 

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button