2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Xarici işlər naziri: Ermənistan konstruktiv danışıqlardan əsassız şəkildə yayınır

Ermənistan isə bildirir ki, “sülh epoxasına” keçidi davam etdirməkdədir

Saytların yığılması Saytlarin yigilmasi

Ermənistan konstruktiv danışıqlardan əsassız şəkildə yayınır.

APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Məlumatda qeyd olunur ki, nazir deyib ki, Ermənistan sülh prosesi üzrə danışıqların mahiyyətinə də ciddi zərbə vurub.

“İndi belə demək olarsa, bu sahədə onlayn diplomatiyaya keçmişik. Şərtlər bir-birimizə ötürülür. Amma bunun nə qədər effektiv olacağını zaman göstərəcək”, – nazir qeyd edib.

Bu arada Yerevan sülh danışıqlarını və ümumilikdə “sülh epoxasına” keçidi davam etdirməyə hazır olduğunu bəyan edir.

Hazırda Avropa İttifaqı, ABŞ və Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla Ermənistran arasında sülh sazişi ilə bağlı müzakirələr davam etdirilir.

Avropa İttifaqınin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar fevralın 25-də AzadlıqRadiosunun erməni xidməti Azatutyuna yaxın günlərdə Azərbaycan və Ermənistan nümayəndələri arasında Brüsseldə danışıqların keçiriləcəyini deyib.

Amma o, qarşıdan gələn Brüssel danışıqlarının konkret tarixlərini açıqlamayıb.

“Əlbəttə ki, biz bu istiqamətdə işləyirik və buna görə də mən burada, Yerevandayam”, – o deyib.

Klaar təsdiqləyib ki, Avropa İttifaqı görüşün iki ölkə liderləri arasında baş tutmasına çalışır.

“Bizim nöqteyi-nəzərimizdən Brüssel prosesinin intensivləşdirilməsi çox vacibdir, çünki biz və prezident Mişel şəxsən buna böyük əhəmiyyət veririk”, – Aİ-nin xüsusi nümayəndəsi bildirib.

Azərtac-ın məlumatına görə, fevralın 17-də Münhendə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə görüşdə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın Brüssel sülh prosesini dəstəklədiyini qeyd edib.

Xatırlatma

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında sialahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə ( Xocalı şəhəri daxil deyil) və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (Azərbaycan Prezidentinin 7 iyul 2021-ci il fərmanı ilə tərkibinə Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocavənd, Şuşa , Tərtər və Xankəndi şəhəri daxil olduğu ərazilər Qarabağ iqtisadi rayonu adlanır-red.) çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button