2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Xarici İşlər Nazirliyi: Laçında təlimlər Azərbaycanın suveren hüququdur

Bakı/08.09.21 Beynəlxalq sərhədləri daxilində hərbi təlimlər keçirmək hər bir dövlətin suveren hüququdur.  Bunu Azərbaycan mətbuat katibi Leyla Abdullayeva Laçında Azərbaycan-Türkiyə təlimlərilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatına cavabında deyib.

Ermənistan Xarici İşlər Nazirliyi bu təlimlərin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olmadığını, sülh və təhlükəsizliyə xələl gətirdiyini bildirib.

Abdullayeva qeyd edib ki,  Azərbaycan öz ərazisində çoxsaylı hərbi təlimlər, o cümlədən tərəfdaş ölkələrin iştirakı ilə birgə təlimlər keçirir.

Saytların yığılması Saytlarin yigilmasi

“Laçında başlanılan birgə taktiki təlim də məhz bu qəbildən olan və bölgədə sabitliyin təmin olunmasına xidmət edən addımdır”, – o qeyd edib.

Onun sözlərinə görə, “regional sülhə və təhlükəsizliyə təhdid dövlətin öz ərazisində hərbi təlim keçirməsi yox, Ermənistanın uzun illər ərzində tətbiq etdiyi kimi digər dövlətin ərazilərinə iddialar irəli sürmək, hərbi təcavüz siyasəti yürütmək, digər dövlətin ərazilərini işğal altında saxlamaq və nəhayət, beynəlxalq hüququn prinsiplərini tapdalamaqdır”.

Əgər Ermənistan bölgədə sülh və təhlükəsiziyin təmin olunmasını istəyirsə, o zaman özünün də imza atdığı öhdəliklərin icrasına riayət etməlidir, diplomat vurğulayıb.  —06D-

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button