2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Xarici siyasətin növbəti fiaskosu

Hökumətimiz mənasız yarışları bayram edərkən, düşmən hədəflərinə doğru addımlayır.

Mövcud hakimiyyətin dövründə Azərbaycan xalqı böyük uğurlardan məhrum oldu. Bayraq dirəyini uzatmaqla, Alov qüllələri tikməklə, Cocuq-Mərcanlının azad edilməsiylə, Avropa Oyunları ilə, “Formula-1” yarışıyla, “İslam Həmrəyliyi Oyunları” ilə xalqa təsəlli verildi. Xalqa sübut etməyə çalışdılar ki, “uğur”, “inkişaf” sözlərinin açması, imitasiyaya milyardlar xərcləməkdi. Reallıq isə tama başqa nəticələri üzə çıxarırdı. Neft və milyonlar səltənətində milyardlar talan edilnə vaxtda, düşmən lobbi fəaliyyətini gücləndirir, demokratiya sıralamasında adını ön cərgələrə keçirir, Azərbaycanın mətbəxini, musiqisini, tarixini özününküləşdirməklə məşğul olub. Bəli, bizim hökumətimiz “Avropa Oyunları”ndan məst olan vaxtlarda, düşmən başımıza oyun açmağın yollarını axtarıb. Hökumət “Formula-1” yarışını inkişaf kimi təqdim etdiyi vaxtlarda, düşmən cəbhə bölgəsində zabitlərimizi ələ almağa çalışırmış. İndi də gecə-gündüz “İslam Həmrəyliy Oyunları”nı uzaqgörən siyasətin nəticəsi kimi təqdim edirlər. Amma bu yarışlar gedən dövrdə hər gün düşmən atəşkəsi daha çox pozur, Rusiyada “ÜAK”ın fəaliyyəti dayandırılır, sosial-iqtisdai vəziyyət daha da pisləşir. Son olaraq isə məlum oldu ki, Avrasiya birjaları Federasiyasının mərkəzi ofisi İrəvana köçürülür. Qeyd edək ki, bu birja 1995-ci ildə İstanbulda yaradılıb və 22 ildir Türkiyədə fəaliyyət göstərir.
FEAS sədri və Misir Birjasının sədri Məhəmməd Omran, üzvlərinə göndərdiyi məlumatda bildirib ki, 16 Mayda Tehranda keçirilən Növbədənkənar Ümumi yığıncağında, səsçoxluğu ilə Federasiyanın mərkəzinin İstanbuldan İrəvana köçürmək qərar verilib. Bəli, bizim hökumətimiz bütün diqqətini müxalifəti sıradan çıxarmağa, sahibsiz yarışlara ev sahibliyi etməyə yönəltdiyi vaxtda, düşmən xarici siyasətdə uğurlar əldə edir.
Azərbaycanda xarici siyasət yalnız hökumət komandasının maraqları üzərində qurulub, lobbi fəaliyyətinə xərclənən milyardlar hökumətin dünyada müsbət imicinin yaradılmasına xidmət edib. Amma nə öz imiclərini yüksəldə biliblər, nə də dövlətin.
Xarici siyasətin iflasa uğramasının daha bir göstəricisi, milyardlarla sərmayə qoyulan ölkələrin də Azərbaycana dəstək verməməsidir. Məsələn, Vatikanda, Serbiyada xarabalıqların abadlaşıdırlması üçün Azərbaycan hökuməti milyardlar xərcləyib. Amma bu ölkələr qondarma soyqırımın tanıdı, ermənilərə dəstək verdi. Çünki, bu ölkələrə qoyulan sərmayənin qarşılığı kimi “dövlət maraqlarımızı qoruyun” tələbi qoyulmamışdı. “Hökuməti tərifləyin”, “bizə biznes imkanı yaradın”, “Azərbyacan demokratik ölkədir söyləyin” tələbi qoyulmuşdu. Yəni, xarici siyasətdəki fəaliyyət, daxildəki rüsvayçılqların gizlədimləsi üçün olub.
Onu da qeyd edək ki, mərkəzi ofisi İrəvana köçürülən Avrasiya Birjalar Federasiyasına üzv olan dövlətlər arasında Azərbycan pullarıyla məst olan ölkələr də var. Serbiya, Bolqarıstan, Belarusiya, Monteneqro və hökumətin səxavət kisəsindən bəhrələnən digər ölkələrin adını çəkmək olar.
Demək istəyirik ki, ölkənin uğuru qızıl medalların sayında yox, qızıl fürsətləri dəyərləndirməkdədir. Hansısa tədbirə ev sahibliyi etməklə qısa bir müddət öyünmək olar, qısa müddət gündəmə gəlmək olar. Amma dövlətin əbədi güclü olması, daima dünyanın dəqqətində olması üçün demokratik idarəçilik, şəffaflıq, qanunun aliliyi təmin olunmadır.
Biz əcnəbi idmançıları Azərbyacan bayrağı adı altında yarışa çıxardığımız vaxtda, ermənilər böyük bir təşkilatın mərkəzi ofisini İrəvana daşıyır. Bizim hökumətimiz vətəndaşı 68 dollar minimum əməkhaqqına möhtac etdiyi vaxtda, kasıb Ermənistan minimum əməkhaqqını 115 dollar müəyyən edir.
Əslində, yürüdlən siyasət düşməni tam qane edir. Həm Azərbaycanın milyardları talan olur, həm də bütün diqqət daxilə yönəlir. Düşmən sevinir ki, bu ölkədə şəhid ailəsinin “qan pulu” verilmir, amma idmançı milyonçu ola bilir. Düşmən sevinir ki, Azərbaycanın xarici borcu artdıqca, büdcəsi də boşalır. Düşmən sevinir ki, hakimiyyət xalqın boğazından kəsib, yadlara yedizdirir. Düşmən sevinir ki, hakimiyyət 20 faiz ərazsinin itkisiylə barışıb, Cocuq Mərcanlıyla təsəlli tapır. Bəli, “uzaqgörən siyasət”in reallıqdan bu qədər uzaq düşməsi düşməni qane edir. Ermənilər qondarma Dağlıq Qarabağın paytaxtını Şuşaya köçürür, bizim hökumətimiz isə paytaxtda qondarma yarışlar keçirir.
Əslində təəccüblü heç nə yoxdur. Hakimiyyət xalqa xidmət etməyəndə, daxili və xarici siyasət çürük tellərdən asılı qalır.

Saytların yığılması Saytlarin yigilmasi

Akif

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button