2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Xarici tərəfdaşları AGBankda iştiraka son qoyur

Xarici tərəfdaşları AGBankda iştiraka son qoyurlar. Belə ki, Beynəlxalq Maliyyə Korporasiyasının səhm payı 17,5-dən 4,28%-ə, «Kazimir Partners»in payı 10%-dən 2,45%-ə düşüb.

Bankın məlumatına görə, Fərzulla Yusifovun payı isə 17,767%-dən 5,79%-ə düşüb. İndi bankda 10%-dən çox payı olan bir tərəfdaş var  – Müşahidə Şurasının sədri Çingiz Əsədullayev. O, payını 23,27%-dən 31,68%-ə artırıb.

Yeni tərəfdaş Qazaxıstan Milli Bankının sabiq sədri Qriqori Marçenko AGBank Müşahidə Şurasının üzvüdür və 8,3% səhm sahibidir.

Saytların yığılması Saytlarin yigilmasi

Minoritarların sayı 63-dən 84-ə çatıb. Onların nizamnamə kapitalında payı isə 68,32%-dir.

«AGBank»ın nizamnamə kapitalı 77,2 mln manatdır. Müşahidə Şurasına Çingiz Əsədullayev, Fərzulla Yusifov, Qriqori Marçenko, Azər Mövsümov, Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndəsi daxildir.

İH sədri vəzifəsini Əfqan Cəlilov icra edir. Səhmdarların iclasında nizamnamə kapitalını 77,2 mln-dan 102,2 mln manata artırmaq qərara alınıb. Bu günlərdə Vergilər Nazirliyi emissiyanı təsdiq edəcək. (contact.az)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button