2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Xarici vətəndaş casusluq ittihamı ilə həbs edilib

Azərbaycanda xarici ölkə vətəndaşı casusluq ittihamı ilə həbs edilib. Bununla bağlı bu gün, martın 15-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumata görə, xarici ölkə (ölkənin adı çəkilmir) vətəndaşı, 1994-cü il təvəllüdlü Məhəmməd Nəcəf Qaedinin Azərbaycan ərazisində casusluq əməlləri törətməsinə əsaslı şübhələr müəyyən edilib.

“…Azərbaycan hüquq-mühafizə orqanı əməkdaşları barədə fərdi məlumatların əldə edilməsi, onlarla şəxsi münasibətlər qurulması və onların xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi istiqamətində fəaliyyət göstərdiyi məlum olmuşdur”, – məlumatda iddia edilir.

O, Azərbaycan Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib və barəsində həbs-qətimkan tədbiri seçilib.

Rəsmi açıqlamaya, hələlik, sözügedən şəxsin və ya vəkilinin münasibətini öyrənmək mümkün olmayıb.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button