2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Xarkova raket hücumu olub, dağıntılar altından cəsədlər çıxarılır

Yayımlandı: 19 Avqust 2022 12:25

Yaralananlar arasında uşaq da var

Avqustun 18-də Rusiya ordusunun Xarkova raket hücumu nəticəsində ölənlərin sayı 17-yə çatıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə regionun rəhbəri Oleq Sinegubov bildirib.

“Xilasedicilər Rusiya ordusunun zərbəsi nəticəsində dağılmış yataqxananın dağıntıları altından daha 7 nəfərin cəsədini çıxarıblar. Yerli hakimiyyət orqanlarının məlumatına görə, ən azı 42 yerli sakin zərər çəkib”,-deyə Oleq Sinegubov əlavə edib.

Xarkov meri İqor Terexov müharibə başlayandan Xarkovun ən böyük itkilər verdiyini deyib:

“Mən insan itkilərindən, yaralılardan danışıram”.

Xarkov vilayətinin Krasnoqrad şəhəri də atəşə tutulub:

“Nəticədə valideynlər ölüb, onların 12 yaşlı qızı ağır yaralanıb”, – bunu da Oleq Sinegubov bildirib.

Rusiya Müdafiə Nazirliyi Xarkova hücum etdiyini etiraf edib. Amma nazirlik iddia edir ki, onlar yalnız “xarici muzdlular üçün müvəqqəti baza”nı atəşə tutublar və 90 nəfər öldürülüb.

Dünən gecə Rusiyanın Belqorod vilayətində daha bir sursat anbarı yanıb. Regionun qubernatoru Vyaçeslav Qladkovun sözlərinə görə, bu, Ukrayna sərhədindən təxminən 50 kilometr aralıda yerləşən Timonovo kəndində baş verib. Yerli sakinlər təxliyə edilib.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib. 600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button