2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Xenomorph adlı yeni Android virus Google Play-də adi tətbiq kimi maskalanaraq yayılmağa başlayıb

    Mütəxəssislər Xenomorph adlı yeni Android virus barəsində məlumat veriblər. Aşkar edilmiş yeni virus Google Play Store üzərindən yayılır. Analitiklərin məlumatlarına əsasən bu virus artıq 50.000 ədəd cihazı yoluxdurub. Məlumatda qeyd edilib ki, Xenomorph adlı virus ilk növbədə cihazlardakı vacib maliyyə məlumatlarının axtarılması ilə məşğul olur. Hal hazırda sözügedən virus hələ hazırlanma mərhələsindədir. Lakin buna baxmayaraq o artıq İspaniya, İtaliya, Portuqaliya və Belçika kimi ölkələrin maliyyə müəssisələrinin müştərilərinə qarşı kiberhücumlar reallaşdırır. Mütəxəssislər Xenomorph virusunu analiz edərək artıq təyin ediblər ki, onun kodu Alien adlı digər bank troyanının koduna çox bənzəyir.

Saytların yığılması Saytlarin yigilmasi

    Burdan da mütəxəssislər belə bir qənətə gəliblər ki, Xenomorph virusu ya Alien virusunun davamçısıdır, ya da tərtibatçılar sözügedən virusları eyni vaxtda yaradırlar. Cihazın sisteminə daxil olandan sonra Xenomorph virusu vacib maliyyə məlumatlarının və istifadəçi hesabları üzərində idarənin əldə edilməsinə və icazəsiz tranzaskiyaların reallaşdırılmasına çalışır. Virus tərəfindən yığılmış bütün məlumatlar isə daha sonra bu məlumatlarda maraqlı olan şəxslərə satılır. Xenomorph virusu Google Play Store-da mövcud olan Fast Cleaner adlı tətbiq şəklində maskalanaraq yayılıb. Məlumata əsasən sözügedən tətbiq 50.000 yüklənmə sayına sahibdir. Qeyd etmək lazımdır ki, Alien adlı digər bank troyan da eyni üsul ilə yayılır. Xenomorph üzərində hələ işlərin getdiyi və onun təkmilləşdirilməsi səbəbilə mütəxəssislər onun sahib olduğu bütün özəlliklər barəsində dəqiq məlumat verməkdə çətinlik çəkirlər. 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button