2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Xersondakı Dnepr keçidi bağlandı

Xerson vilayətinin işğal administrasiyası Dnepr çayının sağ sahilindən əhalinin evakuasiyasını oktyabrın 18-də elan etmişdi

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya tərəfindən ilhaq edilmiş Xersonda Dnepr çayı üzərindəki keçid bağlanıb.

Bu xəbəri həm Ukrayna, həm də Rusiya mediası təsdiqləyir.

Xerson vilayətinə Rusiya tərəfindən təyin edilmiş işğal administrasiyası bundan əvvəl bütün sakinləri Dnepr çayının sağ sahilindən sol sahilinə təxliyə olunmağa çağırmışdı.

Lakin bu administrasiya noyabrın 1-də çay üzərindən avtomobil və çay nəqliyyatının dayandırılması barədə məlumat yayıb.

Keçidin niyə bağlanması şərh edilməyib.

Bundan əvvəl ehtimal olunurdu ki, işğal administrasiyası Ukrayna ordusunun Xerson və onun ətraflarına genişmiqyaslı əks-hücumunu gözləyir və bu səbəbdən də sakinlərə daha təhlükəsiz yerlərə köçmək təklif olunub.

Dnepr çayının sol sahilinə gəlincə buradan da mülki əhalinin çıxarılması həyata keçirilir.

Söhbət ilk növbədə Rusiyaya sadiq hakimiyyət adamlarından gedir.

Bu ərazilərin Ukrayna ordusunun nəzarətinə keçəcəyi təqdirdə onların “düşmənlə əlbirliyə” görə mühakimə ediləcəyi gözlənilir.

Bundan əvvəl yerli hakimiyyət bildirmişdi ki, Xerson vilayətinin Kaxovski rayonundan evakuasiya noyabrın 6-dan hamı üçün məcburi ola bilər.

“Sadə olmayan qərar”

Xerson vilayətinin işğal administrasiyası Dnepr çayının sağ sahilindən əhalinin evakuasiyasını oktyabrın 18-də elan etmişdi.

Buna səbəb olaraq Ukrayna ordusunun hücumları göstərilirdi. İşğal administrasiyası Xerson şəhərinin təslim ediləcəyini açıq bildirməsə də, Rusiya qoşunlarının komandanı Sergey Surovikin demişdi ki, “sadə olmayan qərarların” qəbulu qaçılmaz ola bilər.

Oktyabrın 28-də ilhaq olunmuş Krımın başçısı Sergey Aksyonov demişdi ki, Xerson vilayətində Dnepr çayının sağ sahilindən əhalinin evakuasiyası başa çatıb.

Oktyabrın 31-də Xerson vilayəti işğal administrasiyasının başçısı Vladimir Saldo bildirmişdi ki, evakuasiya zonası genişləndirilir.

Ukrayna Rusiyanı onun vətəndaşlarının deportasiya edilməsində ittiham edir.

24 saat” “
Xersondakı Dnepr keçidi bağlandı
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button